Niderland İnkişaf Bankı Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırdı

Niderland İnkişaf Bankı Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırdıAzərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika Niderland İnkişaf Bankı (FMO) ilə irihəcmli kredit sazişi imzalayıb.
azxeber.com xəbər verir ki, razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Banka 4 il müddətinə 65 milyon ABŞ dollarına ekvivalent məbləğdə Azərbaycan manatı (AZN) ilə kredit vəsaiti təqdim edəcək.
Cəlb olunan vəsaitlər ölkədə kənd təsərrüfatı sektorunun, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, o cümlədən gənc və qadın sahibkarların fəaliyyətinin dəstəklənməsinə, eləcə də yaşıl layihələrin inkişafına yönəldiləcək.
Qeyd edək ki, bu razılaşma Azərbaycan özəl bankları arasında indiyədək imzalanmış ən iri kredit sazişi olub. Bu isə beynəlxalq maliyyə institutlarının Bank Respublika-ya və ümumilikdə Azərbaycanın iqtisadiyyatına göstərdiyi yüksək etimadı nümayiş etdirir.
"Bu saziş beynəlxalq maliyyə institutlarının "Bank Respublika"nın etibarlılığına, eyni zamanda Azərbaycanın bank sisteminin dayanıqlılığına inamının növbəti parlaq göstəricisidir. Biz FMO-dakı tərəfdaşlarımıza 20 illik uğurlu əməkdaşlığa və bank üçün prioritet istiqamətlərin - yaşıl layihələrin, mikro, kiçik və orta sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sektoru, eləcə də gənc və qadın sahibkarların maliyyələşdirilməsinə verdikləri davamlı dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, FMO kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun daha səmərəli dəstəklənməsi üçün yeni imkanlar açacaq və bununla da ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verəcək." deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib
FMO-nun baş icraçı direktoru Michael Jongeneel qeyd edib: "FMO olaraq biz hesab edirik ki, yerli valyutada sabit və uzunmüddətli maliyyə resurslarına çıxış möhkəm maliyyə sistemlərinin qurulması və inklüziv inkişafın dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır. Bank Respublika ilə imzalanan bu saziş bankın mikro sahibkarlara, gənclərə və qadınlar tərəfindən idarə olunan kiçik və orta bizneslərə dəstəyini genişləndirməyə, eyni zamanda yaşıl investisiyaları təşviq etməyə imkan verəcək. Kreditlərin manatla verilməsi müştərilər üçün valyuta riskini azaldaraq maliyyələşmənin həm əlçatan, həm də dayanıqlı olmasını təmin edir. Biz Bank Respublika ilə uzun illərə əsaslanan əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdən qürur duyur, eyni zamanda birgə nailiyyətlərimizin müsbət nəticələrini səbirsizliklə gözləyirik."
Daha ətraflı məlumat üçün:
www.bankrespublika.az
   Sosial şəbəkələr:   Facebook |   Instagram |   LinkedIn      |   Telegram
   Çağrı Mərkəzi: 144 
Niderland İnkişaf Bankı Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırdıNiderland İnkişaf Bankı Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırdı

İqtisadiyyat       Tarix: 10 oktyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag