Nihat Özdemir: "Bakıdakı oyunlarda qardaşlarımızı gözləyəcəyik"
"Avropa çempionatında qrupdan çıxmaq əsas məqsədimiz olacaq. Növbəti mərhələyə qələbələrlə yüksəlməyi hədəfləyirik".
Publika.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.
Özdemir Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüşlərdə türkiyəli və azərbaycanlı azarkeşləri tribunada gözlədiyini açıqlayıb:
"İtaliyaya azarkeş aparma sarıdan həm viza, həm də tamaşaçı tutumu anlamında böyük çətinliklər yaşayırıq. Amma Bakıda elə olmayacaq. Bütün türkiyəli və azərbaycanlı qardaşlarımızı matçlarda gözləyir, milli komandamızı dəstəkləmələrini istəyirik. Bir millət, iki dövlət olaraq, bir araya gələcək, millimizi dəstəkləyəcəyik. Azərbaycanda lazımi xalları alaraq, qrupdan çıxacağıq. Azarkeş dəstəyi sayəsində yığmamız daha yaxşı oynayaraq, daha yaxşı nəticələr göstərəcək".
Qeyd edək ki, Türkiyə millisi Uelslə iyunun 16-da, İsveçrə ilə iyunun 20-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
Sabah 16 mindən çox abonentin qazı kəsiləcək
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb