Nika Çitadze: "Azərbaycan hər cəhətdən Ermənistanı üstələyir

Nika Çitadze: "Azərbaycan hər cəhətdən Ermənistanı üstələyirNika Çitadze: "Azərbaycan hər cəhətdən Ermənistanı üstələyir"
Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Sərhədlərin toxunulmazlığı prinsipi mövcuddur, buna görə Azərbaycanın yurisdiksiyası Dağlıq Qarabağa və ona bitişik yeddi rayona da şamil edilməlidir".
Bu sözləri Media.Az-a müsahibəsində Gürcüstanın Təhlükəsizlik və Beynəlxalq münasibətlər Araşdırmaları Mərkəzinin rəhbəri Nika Çitadze deyib.
Ekspert Azərbaycan ərazilərində ermənilərin hüquqlarının pozulmayacağına əminliyini ifadə edib. O, qeyd edib ki, bundan sonra blokadanın aradan qaldırılması və kommunikasiyaların bərpası prosesi gələcək. Sözügedən variant bütün tərəflər üçün sərfəli olacaq.
Nika Çitadze həmçinin Ermənistan lideri Nikol Paşinyanın dialoqa hazır olmaması və bütün erməniləri döyüşə səsləməsi fikrinə də münasibət bildirib.
"Düşünürəm ki, Ermənistan rəhbərliyi mövcud reallığı nəzərə almalıdır. Azərbaycan istər hərbi, istərsə də iqtisadi nöqteyi nəzərdən üstünlüyə sahibdir. Azərbaycan hərbi əməliyyatları hələ uzun müddət davam etdirə bilər, Ermənistanın isə bunun üçün resursları yoxdur. Odur ki, Ermənistan danışıqlar masasına oturmalı və öz qoşunlarını çəkməyə (Azərbaycanın işğal olunmuş torpaqlarından – red.) hazır olduğunu bildirməlidir. Ancaq ola bilər ki, Ermənistan hələ də Rusiyanın müdaxiləsinə ümid edir. Gəncə və Azərbaycanın digər şəhərlərinin atəşə tutulması Azərbaycanın Ermənistan ərazisinə zərbə endirməsinə hesablanıb. O zaman KTMT-yə müraciət etmək mümkün olacaq.
Ancaq bir daha təkrar edirəm, İrəvan reallıqları nəzərə almalıdır. Ermənistan hazırda maksimum Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna və Azərbaycan və Türkiyə tərəfindən blokadanın aradan qaldırılmasına ümid edə bilər", - deyə ekspert qeyd edib. /oxu.az

Siyasi       Tarix: 29 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler yeni xeberler azerbaycan xeberleri maliyye xeberler bugun son xeberler bugun son xeber 2026