Nikol Paşinyan: "Kim dedi ki, Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?
"Kim dedi ki, biz Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?".
azxeber.com "report"a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Paşinyan oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ümumilikdə müsbət təəssürat yaratdığını bildirib.
Baş nazirin sözlərinə görə, Türkiyə Prezidenti ilə danışıq onu göstərib ki, bəzən mətbuat bəyanatlarında göründüyü kimi, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir. Bu o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib.
"Aydındır ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması onsuz da pis deyil.
Biz də istəyirik və mən Türkiyə Prezidenti ilə görüşdə Ermənistanın bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə qəbul etdiyi ilə bağlı bir sıra nüansları təqdim etməyə çalışdım", - Paşinyan qeyd edib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü