"Nikol "vətənpərvər" çıxışlar edəndə müharibə başlayır - Eduard Şarmazanov
"Nikol "vətənpərvər" çıxışlar etməyə başlayanda bu o deməkdir ki, müharibə və itkilər çox yaxındır".
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın noyabrın 11-də hökumətin iclasında səsləndirdiyi bəyanatları şərh edərkən yazıb:
""Nikol "vətənpərvər" nitqlər etməyə başlayanda müharibə və itki yaxınlaşır. 25 və 26 sentyabr 2020-ci il tarixlərini xatırlayın. Bunun ardınca müharibə, 9 noyabr biabırçılığı və "sülh gündəmi" gəldi" – deyə Şarmazanov bildirib.
O, deyib ki, xarici ssenaristlər, yəqin ki, "milli azadlıq" nitqləri səsləndirmək, yeni toqquşma yaratmaq və nəhayət, Azərbaycan-Türkiyə gündəliyinin həyata keçirilməsinə nail olmaq tapşırığı veriblər.
"İstisna etmirəm ki, "sülhsevər" Nikol Ermənistan adına ölməyə hazır olduğunu elan edəcək. Ancaq nəticədə başqaları öləcək və Nikol 2 nömrəli təslim aktına imza atacaq" – deyə Şarmazanov fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü