Nimfomaniya – cinsi istəyinin qarşısını ala bilməyən qadınlar – Səbəblər, əlamətlər, müalicəsi

Nimfomaniya – cinsi istəyinin qarşısını ala bilməyən qadınlar – Səbəblər, əlamətlər, müalicəsiNimfomaniya cinsi davranışa nəzarət edə bilməmək halıdır. Cinsi asılılıq, hiperseksuallıq və məcburi cinsi davranış kimi fərqli adlarla da tanınır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu hal qadınlarda hiperseksuallığa verilən xüsusi bir addır. Kişilərdə belə hal satiriasis adlanır. Narahatlıq içində görünən daimi cinsi düşüncələr qadınların işləmək, münasibət qurmaq və gündəlik fəaliyyət göstərmək qabiliyyətinə təsir göstərir.
Nimfomaniyanın narkotik aludəçiliyi ilə bəzi oxşar cəhətləri olmasına baxmayaraq, burada insan bir maddədən yox,  fəaliyyətdən asılıdır. Nimfomaniyadan əziyyət çəkən qadınların tipik davranışlarına nəzarət edilə bilməyən mastrubasiya, davamlı porno izləmə, cinsi istəyə qarşı çıxa bilməmək və həddindən artıq seks istəmə halları aid edilir.
Mütəxəssislər bildirir ki, müalicə simptomlarıidarə etməyə kömək edə bilər. Müalicə olunmadıqda bu hal zamanla daha da pisləşə bilər.
Nimfomanianın səbəbi nədir?
Nifomaniyanın dəqiq səbəbi məlum deyil. Ancaq bəzi nəzəriyyələr irəli sürülmüşdür. Bunlar keçmiş cinsi travma nəticəsində yaranan psixoloji və emosional problemlərlə əlaqədardır. Məsələn, təcavüzə məruz qalan qadınlar bəzən şəxsi cəza forması kimi həddindən artıq cinsi davranışla məşğul ola bilərlər.
Bəzi qadınlar üçün seks uşaqlıq zamanı istismar və ya travma ilə mübarizə mexanizmi ola bilər.
Nimfomaniya ilə əlaqəli olduğu düşünülən amillərdən bəziləri isə bunlardır:
Beyindəki təbii kimyəvi maddələrin balansının pozulması.  Beyindəki serotonin, dopamin və norepinefrin kimi neyrotransmitterlər adlanan bəzi kimyəvi maddələr insanların əhvalının tənzimlənməsinə kömək edir. Bu kimyəvi maddələrin yüksək səviyyədə olması hiperseksualizmlə əlaqələndirilə bilər.
- Bəzi psixiatrik xəstəliklər
- Hiperseksuallıq depressiya, sinir pozğunluğu və bipolyar pozğunluq kimi psixiatrik xəstəliklərin bəzi formalarında simptom kimi görünə bilər. Nevroloji problemlər
- Nimfomaniya nadir hallarda epilepsiya, baş travması kimi bir nevroloji xəstəliyin nəticəsi ola bilər. Məsələn, nevroloji xəstəlik olan Klüver-Bucy sindromunda hiperseksuallığa daha çox rast gəlinir. Bunun nəticəsində həddindən artıq qidalanma, ağıza uyğun olmayan əşyaların yerləşdirilməsi və hiperseksuallıq kimi davamlı simptomlarla müşayiət olunur.
Nimfomaniyanın fəsadları:
Müalicə olunmayan, məcburi cinsi davranış güclü günahkarlıq hissi və özgüvən yoxluğuna səbəb ola bilər. Bəzi xəstələrdə ağır narahatlıq və depressiya inkişaf edə bilər.
Digər ağırlaşmalara bunlar aid edilə bilər:
-Ailə problemləri və boşanmalara
-Maliyyə problemləri
-Cinsi yolla keçən xəstəliklərə
-Qanunsuz davranışlara
Əgər qadınlar cinsi davranışlarına nəzarəti itirdiyini düşünürsə, xüsusən də bu digər insanlara problem yaradırsa, bir həkimdən kömək istəməkdə fayda var. Çünki cinsi istəklə bağlı davranışlar zamanla qalxmağa meyllidir. Buna görə bir problem aşkar edildikdə kömək almaq müalicəni asanlaşdıra bilər.
Dərhal peşəkar kömək tələb edən vəziyyətlərdən bəziləri isə bunlardır:
•Cinsi istəklə bağlı başqa problemlərin varlığı və sekslə bağlı davranışlar nəzarətdən çıxarsa; Şəxs nəzarətsiz cinsi davranışlar səbəbiylə özünə və ya ətrafına zərər verə biləcəyindən qorxursa;
•İnsan problemlərinə görə beynində intihar düşüncələri varsa
Necə müalicə olunur?
Cinsi asılılıq əsasən psixoloq, psixiatr və ya cinsi terapevt kimi təcrübəli tibb mütəxəssislərinin müalicəsini tələb edir. Müalicə əsas səbəbdən asılı olaraq dəyişə bilər, lakin ümumiyyətlə psixoloji dəstək lazımdır. Bu hal zehni xəstəlik, narahatlıq və ya şəxsiyyət pozğunluğu ilə əlaqədardırsa, müalicə planının bir hissəsi olaraq dərmanlar verilə bilər. Nimfomaniyanın müalicəsində psixoterapiya və dərmanlar istifadə edilə bilər.
Terapevtik dərmanların tərkibinə digər pozğunluqlarda istifadə olunanlara bənzər antidepressantlar, anksiyolitiklər və ya antipsikotiklər daxil edilə bilər. Bənzər problemləri olan şəxslərdə fərdi və ya qrup müalicəsi cinsi asılılığa kömək edə bilər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 20 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler en yeni xeberler sonxəbər kriminal bugun son xeberler bugun 2026 canli