Niya Amira: "İndoneziya birmənalı olaraq Azərbaycanın tərəfindədir" - MÜSAHİBƏ
Niya Amira: "İndoneziya birmənalı olaraq Azərbaycanın tərəfindədir" - MÜSAHİBƏ
Biz İndoneziyada birmənalı olaraq Azərbaycanın tərəfindəyik.
Bu sözləri Media.Az-a müsahibəsində indoneziyalı jurnalist, publisist, şair Niya Amira ölkəsinin Azərbaycanla bağlı mövqeyindən bəhs edərkən deyib.
O, ölkələr arasında ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olduğunu xatırladaraq bunda İslam amilinin müəyyən rol oynadığını bildirib, hər iki dövlətin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvü olduğunu xatırladıb.
Müsahib bununla belə Cakartanın Azərbaycana dəstəyini yalnız dini aspektdə olmadığını qeyd edib:
"Burada ölkənizin xarici təcavüzdən əziyyət çəkməsi də mühüm rol oynayır. Hökumətimiz xarici təsirlərdən azad olmaq siyasətinə sadiqdir. Bir millət olaraq, böyük güclərin iradəsindən asılı olmayaraq, beynəlxalq problemlərə münasibətimizi və fikirlərimizi müəyyənləşdirməkdə sərbəstik. Beləliklə, ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışarkən, deyə bilərəm ki, İndoneziya birmənalı olaraq Azərbaycanın tərəfindədir".
O, ölkəsində Dağlıq Qarabağdakı vəziyyətin diqqətlə izləndiyini, bütün proseslərin mediada geniş işıqlandırıldığını vurğulayıb.
"Biz azərbaycanlılardan çox narahat idik və uzunmüddətli münaqişənin Azərbaycanın qələbəsi ilə həll olunmasına sevindik", - deyə o bildirib.
Niya Amira həmçinin, 2018-ci ildə Azərbaycanda cəbhəyanı ərazilərdə olduğunu, Cəbrayıl qaçqınları ilə söhbət etdiyini deyərək, Cocuq Mərcanlıya səfərindən, Horadizdə Aprel şəhidləri abidəsini ziyarət etməsindən danışıb.
"Sonra cəbhə bölgəsində xidmət edən hərbçilərin xidmət şəraiti ilə tanış olduq, cəbhə xəttindən çox uzaq olmayan mövqeləri ziyarət etdik. Gənc əsgərlərə baxanda, onların həyatlarını yalnız sevdikləri ölkəyə həsr etməyə deyil, bunun üçün canlarından keçməyə hazır olduğunu gördüm", - deyə o, sözlərini yekunlaşdırıb.

Azərbaycanın İndoneziyadakı səfiri Ruslan Nəsibovla Cakartada 153 saylı orta məktəbdə təhsil proqramı zamanı
İndoneziyanın orta məktəblərindən birində Azərbaycana həsr olunmuş tədbir
Bakı
Cocuq Mərcanlı
Qarabağa həsr edilmiş şeir

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."