​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

​"Məcburi köçkün statusuna yenidən baxılmalıdır".
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Ağdamda 100 minlik şəhər tikilir: "Təxminən 10 min ağdamlının Ağdam qeydiyyatı yoxdur, başqa rayondan evlənibsə, köçkün sayılmır. Köçkün statusuna yenidən baxılsın və bu məsələyə aydınlıq gətirilsin. Adamın Ağdam qeydiyyatı yoxdursa, yaxud başqa yerə ərə gedibsə, o niyə ağdamlı sayılmamalıdır? Məsələn, mənim atamın Ağdamda 6 otaqlı evi var, 5 bacı, 2 qardaşıq, bizə ev düşmür. O cümlədən, Bəxtiyar Əliyev də oturub burda, ona da və qardaşlarına da ev düşmür Ağdamda. Niyə düşmür?
Mən 70-ci ildən Bakıda yaşayıram, amma məcburi köçkün statusum yoxdur. Atamın mülkündə tikilən evdən niyə mənə verilməsin? Mən gedib Ağdamdan öz puluma ev almalıyam, niyə? Mənə də, qardaşıma da, bacılarıma da ev düşməyib. Niyə düşmür? Başqa şəhərlərdə ərə gediblər. Ya da qardaşım vəzifəsini dəyişib Ağcabədiyə, qeydiyyata düşüb və nəticədə adamın Ağdam qeydiyyatı ləğv olunub. Mən tək deyiləm, Ağdamdan mənə bununla bağlı çoxlu müraciət eləyənlər var".
Sahibə Qafarova deputatın çıxışına etiraz edib: "Bu qədər iş görülür və niyə bu işlərə ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Hardan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Ağdamlılar köçür. Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız".

Sosial       Tarix: 30 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın dövlət borcu azaldı

Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb. Maliyyə Nazirliyindən -a bildirilib ki, oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib. Bu, 2026-cı il üçün proqnozlaşdırıla

Bazarda ciddi dəyişiklik: Bu məhsullarla bağlı yeni qərar verildi

Milli Məclisin bugünkü plenar iclasında "Texniki tənzimləmə haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. yenisabah-a istinadən xəbər verir ki, qanunvericiliyə edilə

Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR

Hörmüz boğazı və ətraf ərazilərdən keçən sualtı internet kabellərinin sıradan çıxması beynəlxalq məlumat mübadiləsində ciddi problemlər yarada bilər. Belə bir vəziyyət Azərbaycanın internet bağlantısına, bank əməliyyatların

Bakıda avtomobil piyadanı vurub

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Həsən bəy Zərdabi və İsmayıl Talıblı küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, "Changan A05" markalı avtomobi

Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI

Özünüməşğulluq proqramı çərçivəsində "Maldarlıq" zərfi üzrə cins damazlıq heyvanlar əldə etmək istəyən şəxslərin təsərrüfatları bir sıra tələblərə cavab verməlidir. KONKRET.azxəbər verir ki, bu barədə "Yen

Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda körpə pilləkəndən yıxılaraq ölüb. xəbər verir ki, Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil edib. xəbər verir ki, bu barədə Mərkəz

Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsi

Son illər Azərbaycanda vətəndaşların gündəlik xərcləri artıb. Ərzaqdan tutmuş yanacağa, geyimdən kommunal xidmətlərə qədər bir çox sahədə qiymət dəyişiklikləri ailə büdcəsinə təsir göstərir. İnsanlar əvvəlki illərlə müqayisəd

Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az valyuta mezennesi 2026 son xəbərlər maraqlı xəbərlər