Njdenin türklər haqqında sözlərinin ekstremist fikir sayılması üçün Rusiya Baş prokuroruna müraciət olunub

Njdenin türklər haqqında sözlərinin ekstremist fikir sayılması üçün Rusiya Baş prokuroruna müraciət olunubNjdenin türklər haqqında sözlərinin ekstremist fikir sayılması üçün Rusiya Baş prokuroruna müraciət olunub
Rusiyadakı Azərbaycan diasporu ermənilərin yerkramas.org saytının bağlanması və rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya Federasiyasının Baş prokuroruna müraciət edib.
APA-nın verdiyi məlumata görə, Moskva vilayəti Regional Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun adından Baş prokuror İqor Krasnova göndərilən müraciətdə faşist Qaregin Njdenin "Türklə mübarizəsiz bir günümüz keçməməlidir" fikrini özünə şüar seçən yerkramas.org saytının bağlanması və rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb olunması xahiş olunur.
Müraciətdə indiyə kimi Azərbaycan diasporunun "Yerkramas"ın fəaliyyətini dayandırması istiqamətində gördüyü işlər də açıqlanıb. Bildirilib ki, çoxmillətli Rusiyada milli zəmində ədavəti qızışdırdığı iddiası ilə saytın bağlanılması və rəhbərliyi barəsində tədbir görülməsi üçün "Roskomnadzor"a müraciət olunub. "Roskomnadzor"un həmin müraciətə cavabında "Yerkramas"ın Krasnodar diyarının Pervomaysk rayon məhkəməsinin 2016-cı il 14 noyabr tarixli qərarı ilə KİV qeydiyyatı şəhadətnaməsi ləğv edilib. Məlum olub ki, həmin dövrdən ermənilərin feyk məlumatlar yayan saytı KİV kimi Rusiyada qeydiyyatda deyil. Ona görə də, saytın fəaliyyətinə "Roskomnadzor"un nəzarət etməsi mümkün deyil.
Bu səbəbdən Azərbaycan diasporu Rusiya Baş prokurorundan ekstremist fəaliyyətə çağırış edən yerkramas.org saytına girişin məhdudlaşdırılmasını, saytın rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb edilməsini, saytda gedən materialların ekstremist hesab olunmasını xahiş edib.
Bundan başqa, Azərbaycan diasporu Baş prokurordan faşist Qaregin Njdenin "Türklə mübarizəsiz bir günümüz keçməməlidir" fikrinin bundan sonra heç bir KİV və QHT tərəfindən istifadə olunmaması üçün ekstremist fikirlər siyahısına salınmasını xahiş edib. /oxu.az

Siyasi       Tarix: 01 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler xabar az son xeber az kriminal bugun