Növbədənkənar prezident seçkiləri ölkəmizin qarşısında geniş üfüqlər açacaq

Növbədənkənar prezident seçkiləri ölkəmizin qarşısında geniş üfüqlər açacaqSamir Qocayev, YAP Goranboy rayon təşkilatının sədri 
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevral tarixində ölkəmizdə  növbədənkənar prezident seçkilərinin keçirilməsi mühüm siyasi hadisə kimi tariximizə yazılacaq. Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Yeni reallıqların diktə etdiyi hədəflərin müəyyənləşdirilməsi fonunda keçiriləcək bu seçkilər ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirəcək. 
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan davamlı inkişaf, yaradılan möhkəm təməl bugünkü reallıqlarımızda öz sözünü deyir. Azərbaycan Ulu Öndərin düşünülmüş siyasəti nəticəsində qısa müddətdə sabitlik və böyük investisiyalar məkanına çevrildi. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdəti uğurlarımızın davamlılığını şərtləndirdi. 
Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atır. Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir. Bu baxımdan deyə bilərik ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar həm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyi, həm də ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonrakı dövrə təsadüf edir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.   Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazıçılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. 
7 fevral 2024-cü il tarixdə Azərbaycan bir daha dünyanın diqqətini demokratik inkişafının əsas göctəricilərindən olan azad, şəffaf və beynəlxalq standatlara cavab verəcək prezident seçkilərinə yönəldəcək. 
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynayıb. Hər bir seçkidə möhtəşəm uğurlarımızın fonunda qarşıdakı dövrdə görüləcək işlər, hədəflər açıqlanarkən  Qarabağ münaqişəsinin həlli, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı xüsusi qeyd olunurdu.  Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Qarabağ münaqişəsinin həllində diplomatik mübarizənin əsas olduğu önə çəkilərək bu istiqamətdə səylərin artırılması əsas çağırış kimi qeyd edilirdi. Bu gün üçün hədəflərimizdə də fərqlilik mövcddur və bundan böyük qürur hissi keçiririk. Əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətini daha da artırmaq, soydaşlarımızın bu məkanlara tam qayıdışını təmin etməkdir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir.  İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. 
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl  demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz,  Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir."
Qeyd olunan strateji hədəflərin hər biri reallıqda öz əksini tapıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi fonunda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin qarşısında geniş üfiqlər açacaq. / azxeber.com

Sosial     Baxılıb: 242   Tarix: 12 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu meyvə və tərəvəzləri alarkən diqqətli olun

Yaz fəslinin gəlişi ilə bazarlarda və marketlərdə meyvə-tərəvəz bolluğu yaranır. Çiyələk, alça, xiyar, pomidor, göyərti və digər mövsüm məhsulları alıcıların diqqətini çəkir. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edi

Həyət evində yaşanların nəzərinə! - Bunu etməyin 600 manat cəriməsi var

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur

Günün ulduz falı — İşlər qaydasına düşür, uğur qazanacaqsınız

24 aprel 2026-cı il astroloji baxımdan diqqətçəkən dəyişikliklərlə zəngin gündür. Günün əsas hadisəsi Veneranın Əkizlər bürcünə keçməsidir. Bu tranzit 18 maya qədər davam edəcək və münasibətlər, ünsiyyət, sosial əlaqələ

Nazirdən daha iki yeni təyinat

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.   -a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsin

​"WhatsApp" ödənişli oldu - Məbləğ

"WhatsApp" istifadəçilər üçün yeni ödənişli funksiyanı istifadəyə verib. xəbər verir ki, Meta şirkəti "WhatsApp Plus" adlı abunə paketini test etməyə başlayıb. Məlumata görə, bu paket istifadəçilərə əlav

İranda dollar tarixi rekorda imza atdı

İranın azad bazarında 1 dollar 171 min tümənə qalxıb. xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında 1 ABŞ dolları 171.00 tümənə satılıb ki, bu da tarixi rekorddur

Xırdalan məktəbinin müəllimi dünyasını dəyişdi

Xırdalan şəhər 9 saylı məktəbin ibtidai sinif müəllimi Ülkər Məmmədova dünyasını dəyişib. . Unikal-a istinadən xəbər verir ki, bu barədə onun həmkarları məlumat paylaşıb. . Qeyd edilib ki, Ü.Məmmədova uzun sürən xəstəlikdə

Bakıda parkda meyiti tapılan şəxsin kimliyi bilindi

Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub. xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olmas

Turan Topalova İŞDƏN ÇIXDI

Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova tutduğu vəzifədən ayrılıb. Bu barədə dövlət proqramı iştirakçılarına özü məlumat verib. /"Teleqraf"


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler sonxeber bu gunun xeberleri haqqinda melumat son xabar