Növbəti 20 ildə dünyanı gözləyən DƏHŞƏTLİ TƏHLÜKƏLƏR

Növbəti 20 ildə dünyanı gözləyən DƏHŞƏTLİ TƏHLÜKƏLƏRDünya İqtisadi Forumu (WEF) üçün qələmə alınan yazıda növbəti 20 ildə ortaya çıxa biləcək 3 dağıdıcı risk gündəmə gətirilib.
Publika.az xəbər verir ki, bunlar bioloji təhlükələr, kiberhücumlar və kosmik müharibələrdir.
Bioloji təhlükələr
Koronavirus pandemiyasının səbəb olduğu böhran dünya iqtisadiyyatını və səhiyyə sistemini uçurumun astanasına gətirdi. Pandemiyadakı yeganə əhəmiyyətli nöqtə gələcəkdə ölümcül patogen ehtiva edən bir virusa daha yaxşı hazırlaşmaq və mövcud potensialı artırmaqdır. Sənəddə pandemiyanı müşahidə və bilgi mübadiləsində dövlətlər arasında əməkdaşlığın sıx olmadığı bildirilib. Qeyd edilib ki, gələcəkdə ortaya çıxa biləcək bioloji təhlükələrin kökünü müəyyənləşdirmək və yayılmasının qarşısını almaq sadəcə bir xalqı maraqlandıran hadisə olmayacaq. Eyni zamanda, beynəlxalq və milli iqtisadi, siyasi və təhlükəsizliklə bağlı böhranların qarşısını almaq marağı daşıyacaq.
Belə ki, daha böyük təhlükələrin qarşısını ala bilmək üçün üz maskaları və sərinkeşlərdən daha çox təchizata, bunları təmin edə bilmək üçün daha sürətli hərəkətlərə və əməkdaşlığa ehtiyac olacaq.
Kibertəhdidlər
ABŞ-ın bir neçə dövlət qurumunun sistemlərinə edilən nəhəng kiberhücumların əks-sədaları davam edərkən gələcəkdə böyük risk daşıyan mövzulardan birinin kibertəhlükəsizlik olduğu bildirilir. Bu məsələdə ehtimal edilən əskikliklər maliyyə baxımından tükənmə, infrastrukturun çökməsi, nüvə və bioloji təsislərin işinə əngəl təşkil edə bilər.
Kosmik müharibələr
Peyk saylarının artımı, özəl sektorun kosmik yarışlara qatılması, dövlətlərin güc siyasəti, iqtisadi rəqabət və kosmosun sülh ilə müharibə arasındakı məsələlərdə kritik əhəmiyyəti onun getdikcə daha mübahisəli və rəqabətcil hala gəlməsini təmin edib. "Kosmik zibilxana"nın sürətlə böyüməsi və kosmosun hərbiləşdirilməsi potensial risklər və münaqişə üçün təhdid olaraq dəyərləndirilir. Son illərdə ictimai və özəl sektor oyunçularının suverenliklərini ortaya qoymağa çalışması və ya kosmik texnologiyaların qazanc gətirən fürsətlərindən yararlanmağa çalışmaqla kosmos daha münaqişəli vəziyyətə gəlib. Bir çox dövlətin "Kosmik Qüvvələr" yaratması və peyklərə qarşı silah sınaqları aparması kosmosun hərbiləşdirilməsinin sübutudur.
İnsanlıq gündəlik həyat üçün lazım olan mülki uçuşlar, mobil telefon, internet, GPS və tele-tibb kimi xidmətlərə görə geridönüşü olmayacaq şəkildə kosmosdan asılı vəziyyətdə qalıb.
Zümrüd

Dünya       Tarix: 22 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən şad xəbər sonxəbərlər son xəbərlər bugün 2026 cəbhədən video