Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu
Lider mobil operatorun əməkdaşı Cavid Cabbarlı "Skills Azerbaijan" milli müsabiqəsində qalib gəlib
Azercell-in Təhlükəsizlik departamentinin əməkdaşı Cavid Cabbarlı 17-24 yaşlı gənclər arasında kibertəhlükəsizlik (kiberhücum, kibermüdafiə və kibermühəndislik qollarını əhatə edən) üzrə "Skills Azerbaijan" milli yarışında fərdi yarışda 24 iştirakçı arasından seçilərək "Red Team" istiqaməti üzrə ölkə birincisi olub. Onun təmsil olunduğu komanda da maksimal xal toplayaraq birincilik qazanıb.
Ümumilikdə yüksək nəticə göstərən uğurlu iştirakçılar "WorldSkills Azerbaijan" milli komandasına daxil olaraq, 80-dən çox ölkənin qatılacağı "WorldSkills Lyon 2024" yarışında iştirak etmək fürsəti qazanıb. Komandalar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sözügedən beynəlxalq yarışda iştirak üçün hazırlığa cəlb olunublar.
"Skills Azərbaycan" milli yarışının imtahan mərhələsində iştirak üçün 250 namizəd müraciət etmişdi. Onlardan 24-ü final mərhələsinə qatılmaq hüququ qazanmışdı. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır