Novella Cəfəroğlu: "Müsavatdan çıxarılsam, özümə partiya yaradaram"

Novella Cəfəroğlu: "Müsavat Partiyası loyallaşmayıb, öz yerindədir. Partiyada bolşevizm yoxdur, kim nə istəyirsə, onu deyə bilər. Partiya tənqidlə də çıxış edir. Məhəmməd Əmin Rəsulzadədən qalan 100 illik partiyadır. Növbədənkənar prezident seçkiləri barədə dediklərim mənim öz şəxsi fikrimdir. Müsavat yox, mən loyallaşmışam. Çünki siyasətçi olduğum üçün dünyadakı ümumi vəziyyəti analiz edirəm, prosesləri görürəm. Öz başımdan çıxış etmirəm, həm yerli, həm xarici bütün politoqların çıxışlarını oxuyuram. Dünya görmüş adamam. Bu yaşda fikrim özümünküdür, heç də Müsavatın fikri deyil. Müsavatda mənim kimi fikirləşən insanlar da var. Amma elələri də var, əksinə, deyirlər ki, Novellanı partiyadan çıxarın, bizim adımızı biabır edir. Müsavat öz fikrini özü deyəcək. Mən həmişə tənqid edirəm. Seçki ilə bağlı açıqlama verdiyim gün "Müsavat" qəzetində ayrıca müsahibə də vermişdim. Tənqid etdim ki, seçkiqabağı qadın jurnalistləri həbs ediblər, buna xoşum gəlmir. Partiyada tək mən yox, çox adam var ki, xoşuna gələni deyir, amma tənqidini də edir. Kommunistlər kimi "biz nə dedik, o olmalıdır" prinsipi yoxdur, demokratik mühit var".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu növbədənkənar prezident seçkiləri barədə açıqlamasından sonra onu tənqid edənlərin bəzilərinin "Novella Cəfəroğlu YAP-a üzv olsun" demələrinə də münasibət bildirib: "Mən YAP-a niyə keçirəm? Özümə partiya yarada bilmirəm? Minlərlə insan mənə qoşular, bunu bilirəm. Çünki 30 ildə minlərlə insana köməklik etmişəm. Hələ imkanım var, danışa bilirəm, müsahibə verə bilirəm, gəncləri, qadınları yığaram başıma, elə bir qadın partiyası yaradaram ki, bütün Azərbaycanda nümunəvi olar, öz sözümüzü deyərik. Amma Müsavatdan qovsalar… Hələ ki qovmayıblar, oturmuşam. Müsavatdan heç yerə gedən deyiləm. Müsavatdan qovsalar, özümə partiya da yaradaram, niyə yaratmıram? Sözə baxın ey…"

Siyasi       Tarix: 15 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər xabarlar cəbhədən son xəbərlər hava haqqinda