Novruz Aslanın ƏTALƏTİ – Erməni şousuna susqun qalan "Qızıl Aypara"

Novruz Aslanın ƏTALƏTİ – Erməni şousuna susqun qalan Poeziya ilə məşğul olmaq, gözəl şəklillər çəkmək, yaxşı musiqi bəstələmək istedadlı insanlara xas olan keyfiyyətdir. İstedadların ərsəyə gətirdiyi sənət əsərlərinin ömrü bəşəriyyətin ömrü qədərdir. Nizaminin "Xəmsə"si, Füzulinin "Leyli və Məcnun"u, Leonardo da Vinçinin "Mona Liza"sı, Volfqanq Amadey Motsartın simfoniyaları əsrlər boyu yaşayacaq.
Deməli, mükəmməl əsər nə ölür, nə də formasını dəyişir və dahilərin yaratdıqları şedevrlər bəşəriyyətin incisinə çevrilir. Bizim ölkədə bəstəkar bolluğudur və onlardan biri də millət vəkili Novruzəli Aslanovdur. Bəstəkar kimi bu adamı sadəcə Novruz Aslan kimi tanıyırıq. Bəstəkar, deputat Novruzəli Aslanov həm də Azərbaycanda "Qızıl Aypara" Cəmiyyətinə rəhbərlik edir. Bəli, səhv başa düşmədiniz, beynəlxalq humanitar təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəridir. Biz də onu bəstəkar kimi deyil, məhz "Qızıl Aypara" Cəmiyyətinin Azərbaycan təmsilçiliyinin rəhbəri kimi axtardıq.
Axtarırdıq öyrənək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ermənilərə xüsusi sevgisi haradan qaynaqlanır? Axı necə də olsa, Novruzəli müəllim beynəlxalq humanitar təşkilatın təmsilçiliyində çalışır. Açığı, Novruzəli müəllimə bir neçə sual ünvanlamaq niyyəti ilə telefonunu axtarıb tapdıq. Bir neçə dəfə cəhd etsək də, zəngimiz cavabsız qaldı. Telefonun zəngimselində səslənən dəniz haqqında həzin musiqi fonunda Novruzəli Aslanovun zənglərimizi niyə cavabsız buraxmasını özlüyümüzdə aydınlaşdırmağa çalışdıq. Axı hörmətli Novruzəli müəllim "Qızıl Aypara" Cəmiyyətinin sədri kimi ermənilərin "humanitar böhran" adı ilə ölkəmizə hücumuna öz münasibətini bidirməliydi. Ən azı bir-iki maşın ərzaqla Ağdam-Xankəndi yoluna qədər gedib öz humanitar dəstəyini təklif etməliydi.
Onun rəhbərlik etdiyi təşkilatın nizamnaməsində də deyilir ki: "Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü yardım və xidmət göstərən qeyri-kommersiya təşkilatıdır və dövlət qanunlarına əsasən idarə olunur. Onların missiyası Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və insanlığın gücünü bir araya gətirərək həssas insanlara xidmət etməkdir".
Deməli, Novruzəli Aslanov ermənilərin "humanitar yük" oyununu poza bilərdi. Sadəcə bir neçə maşın ərzaqla Ağdam yolundan Xankəndi istiqamətinə yönəlmək lazım idi. Onsuz da ermənilərin həmin yükü qəbul etməyəcəyi əvvəlcədən bəllidir. Amma düşmənin oyununu pozmaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz oyununu qurmalıdır. Pafoslu çıxışlar, odlu-alovlu danışıqlar, yalançı vətənpərvərlik sadəcə görüntüdür. Bir-iki mahnı bəstələmək də işin hamısı deyil. Qanunverici orqanda əyləşmək də məsələni həll etmir. Məsələyə fərqli yanaşma tərzi olmalıdır. Telefonunun zəngimselindəki musiqidə "more, more" deyib haray çəkən bəstəkarın humanitar fəaliyyəti də çılğın  olmalıdır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 05 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberler bu gun xəbər son xeberler bugun 2026 canli