"Nümunəvi ailə" modeli: Qaliblər döş nişanı və pul mükafatı alacaq
Özbəkistan hökuməti "İbratli oila" (Nümunəvi ailə) döş nişanının təltif edilməsi qaydasını müəyyən edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, mükafat üçün "ailə institutunun möhkəmləndirilməsinə, ailə dəyərlərinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə layiqli töhfə vermiş" ailələr müraciət edə bilərlər.
"Nümunəvi ailə" adına namizədlər seçilərkən digər məsələlərlə yanaşı, aşağıdakı meyarlar nəzərə alınacaq:
evdə və ictimai yerdə ailə kitabxanasının yaradılması;
ailə üzvlərinin təhsil və elmi dərəcəsinin olub-olmaması;
övladlığa götürülmüş və ya himayə olunan uşaqların olması;
ailənin idmana həvəsi, milli və beynəlxalq səviyyədə idman nailiyyətlərinin olması;
ailə biznesi açmaqla ölkə iqtisadiyyatının inkişafına töhfə vermək.
Qeyd olunub ki, namizədlərin seçilməsi ailə dəyərlərinin möhkəmləndirilməsi üzrə komissiyalara həvalə edilib. Martın 1-dək siyahılar yoxsulluğun azaldılması və məşğulluq üzrə rayon və ya şəhər şöbələrinə təqdim olunacaq. Mükafatlandırma mərasimi mayın 15-də qeyd olunan Beynəlxalq Ailə Günü ərəfəsində keçiriləcək.
Xüsusi döş nişanı ilə təltif olunan ailələr birdəfəlik pul mükafatı (110 ABŞ dolları) alacaqlar.
"Nümunəvi ailələr"in yaşadığı evlərdə və ya hündürmərtəbəli binaların girişlərində müvafiq nişanlar quraşdırılacaq.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı