Nurəddin Mehdixanlı: 'Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi
"Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi".
azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı deyib.
"Azərbaycan xalqı öz rəhbərini seçdi. Ölkəmiz hərbi siyasi, iqtisadi cəhətdən çox inkişaf edib. İşğalda olan torpaqlar İlham Əliyevin rəhbərliyi altında azad edilib. Bu günə qədər bütün seçkilərdə iştirak etmişəm. Bu gün keçirilən seçkilər dünyaya mesajdır. Biz öz iradəmizin sahibiyik və öz rəhbərimizi seçirik. Bu gün dünyanın hər hansı bir ölkəsində yaşamasına baxmayaraq, hər bir azərbaycanlının bayramıdır. İlham Əliyev deyirdi ki, hər bir azərbaycanlının Prezidenti olacaq və oldu".
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR