Nüvə müharibəsi ilə bağlı səslənən fikirlərə ciddi yanaşmaq lazımdır - AÇIQLAMA
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə üç aydan çoxdur ki, davam edir. İndiyə kimi müharibədə minlərlə günahsız insanın bu müharibənin qurbanı olub. Müharibə uzandıqca onun yaratdığı faciənin arealı da böyüyür. Bu günlərdə BMT Baş katibinin müavini Rameş Racasinqam deyib ki, Ukraynada bir vaxtlar ağlasığmaz olan nüvə müharibəsi təhlükəsi yenidən mövcuddur. Həmçinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da nüvə müharibəsi təhlükəsi real olduğunu söyləyib.
Rusiya qalib gəlmək üçün son ümid yeri olan nüvə silahından istifadə edəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq İlyas Hüseynli bildirib ki, Rusiyanın nəyi edib-etməyəcəyini söyləmək çətindir:
"Rusiya-Ukrayna müharibəsində nüvə arsenalından istifadə ilə bağlı müxtəlif çağırışlar və təhdidlər var. Bu təhdidlər ilk növbədə Rusiya tərəfindən səsləndirilir. Marqarita Simonyan vaxtilə belə bir açıqlama vermişdi ki, ya biz qalib gələcəyik, ya da hər şey məhv olacaq. Bu isə onu deməyə əsas verir ki, Rusiya özü nüvə müharibəsi haqda mətbuata impulslar ötürür. Şimal qonşumuzu nüvə müharibəsindən çəkindirmək üçün bəzi addımlar atılır. Bu özünü Böyük Britaniya, ABŞ-ın rəsmilərinin çıxışlarında göstərir. Çünki hər kəs yaxşı bilir ki, nüvə başlıqlarından istifadə bəşəriyyət üçün böyük fəlakətdir. Bu baş verərsə onun fəsadlarını aradan qaldırmaq üçün uzun illər lazım olacaq. Əslində bu təhlükə ilə bağlı məsələlər Rusiya-Ukrayna müharibəsindən öncə də səsləndirilirdi. Vaxtilə nüvə klubuna daxil olan dövlətlərin müşavirəsi də keçirilib. Lakin müharibədə Rusiyanın nəyi edib-etməyəcəyini söyləmək çətindir".
Politoloq bildirib ki, cərəyan edən proseslərdə təhdid elementləri çoxdur:
"BMT rəsmisinin fikirləri maraq doğurur. Belə açıqlamalarla rəsmilər sanki bəşəriyyəti nüvə müharibəsinə hazırlayırlar. Lakin düşünürəm ki, diplomatik-siyasi yolla məsələnin çözümü tapılmalıdır. Siyasi zəmində aparılan danışıqlar mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, Türkiyənin təşəbbüslərindən sonra heç bir dövlət bu münaqişəni tənzimləmək öhdəliyini öz üzərinə götürmədi. Ona görə də indiki halda nüvə müharibəsi ilə bağlı səslənən istənilən fikrə ciddi yanaşmaq lazımdır. Çünki cərəyan edən proseslərdə təhdid elementləri çoxdur".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun