Nyu-Yorkda fövqəladə vəziyyət ELAN EDİLDİ
ABŞ-ın Nyu-York ştatında qeyri-qanuni miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, ABŞ-ın ən böyük şəhərinin meri Erik Adams megapolis sakinlərinə müraciət edərək, qeyri-qanuni miqrantların axını ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Onun sözlərinə görə, şəhər böhranlı vəziyyətdədir. 2022-ci ilin aprelindən bəri 17 mindən çox insan cənub sərhədlərindən sığınacaqlara aparılıb. O, miqrantların əksəriyyətinin Cənubi Amerikadan gəldiyini qeyd edib.
Məlumata görə, hakimiyyət problemi həll etmək üçün 2023-cü ilin iyun ayının sonuna qədər təxminən 1 milyard dollar xərcləmək niyyətindədir.
Qeyd edilib ki, şəhərdə evsizlər üçün sığınacaq sistemi 100 faiz yüklənib, 60 mindən çox insan daimi yaşayış yeri axtarır, onlardan 20 mini uşaqdır. Eyni zamanda heç bir xəbərdarlıq edilmədən Cənub ştatlarından hər gün 5-6 qeyri-qanuni miqrantları daşıyan avtobuslar metropolisə gəlir.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü