O bölgə xaric olmaqla, Putinə bütün qitələrdən informasiya gəlir - Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidməti həftəsonu və ya bayram günü bilmədən Prezident Vladimir Putinə davamlı bilgi təqdim edir. Antarktida xaric, bütün qitələrdən Putinə informasiya gəlir.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin "Russia Today"in baş katibi Dmitri Kiselevə müsahibəsində deyib.
O bildirib ki, keçmişdə xarici kəşfiyyat sahəsində işləyən Putin bu peşənin incəlikləri və xüsusiyyətlərini dərindən bilir və buna görə onunla işləmək böyük zövq verir.
"Putin kəşfiyyat məlumatları üzərində çox diqqətli şəkildə işləyir. Bir professional kimi çalışır, hansı bilginin nə qədər dəyər daşıdığını anlayır, qeydlər götürür. Biz də bu qeydlər üzərində işləyir, dəqiqləşdirir və onun suallarını cavablandırırıq. Əlbəttə, bu işin xüsusiyyətlərini bilən Prezidentlə işləmək çox zövqlüdür", - kəşfiyyat rəisi qeyd edib.
Qeyd edək ki, V.Putin Leninqrad Universitetinin hüquq fakültəsini bitirdikdən sonra 1975-ci ildə KQB-də işləməyə başlayıb. 1985-1990-cı illərdə Şərqi Almaniyada xarici kəşfiyyat üzrə işləyib. 1991-ci ildə KQB-dən ayrılıb.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür