"O qadın ki, ərə gedib, fiqurası yaxşı olsun deyə uşaq doğmur..." - Xalq artisti yıxdı-sürüdü

"O qadın ki, ərə gedib, fiqurası yaxşı olsun deyə uşaq doğmur..." - Xalq artisti yıxdı-sürüdü
Xalq artisti Afaq Bəşirqızı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində 5 uşaq olması ilə bağlı çağırışına münasibət bildirib.
A.Bəşirqızı Pravda.az-a açıqlamasında deyib ki, o da çoxuşaqlı ailələrin tərəfdarıdır.
"Uşaq vətən deməkdir. Vətəni yaşatmaq üçün isə onun əhalisi olmalıdır. Əlbəttə, sosial təminat barədə nəsə fikirləşməliyik. Düzdür, çətindir, amma mütləq uşaq pulu məsələsi həll olunmalıdır. Uşaqlı ailələrə kömək mütləq lazımdır. Təkcə dövlət yox, bu işlə hamımız maraqlanmalıyıq. Lazımdırsa, kömək etməliyik, hansısa bir şeylərə əl atmalıyıq ki, bizim uşaqlarımız firəvan böyüsünlər. Ac qarınla yox, tox qarınla böyüsünlər. Əlbəttə, belə halda valideynlər də çox uşaq istəyərlər", - deyə Xalq artisti bildirib.
A.Bəşirqızı "bəzi xanımlar fiquraları pozulmasın deyə uşaq doğmurlar" fikrinə isə belə reaksiya verib:
"Fiqura qorumaqla ailə olmur. Onlara "ailə" deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər. Mən belə şeyə razılıq vermirəm. Belə ailə olacağına da inanmıram". / oxu.az

Şou Biznes       Tarix: 22 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun hava haqqinda enson xeberler sonxeberler