"OBA" və "Almarket"də sudan qanunsuz istifadə halları aşkarlandı - FOTO
"Azərsu" ASC tərəfindən sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qruplar tərəfindən Abşeron yarımadasındakı sukanal idarələrinin xidməti ərazilərində, eyni zamanda regionlarda aparılan nəzarət tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən magistral su kəmərlərinə, paylayıcı şəbəkələrə, yanğın hidrantlarına qanunsuz müdaxilə faktları aşkarlanıb.
Open.az-a daxil olan məlumata görə, son bir həftə ərzində istixana, marketlər şəbəkəsi, mənzil-tikinti kooperativləri, quşçuluq müəssisəsi, gözəllik salonları, ət kəsimi və avtoyuma məntəqələrində sudan uçotsuz istifadə və sayğacdankənar su xətlərinin çəkilməsi halları müəyyən edilib.
Abşeron rayonu Masazır qəsəbəsində gecə saatlarında keçirilən reyd zamanı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan su təchizatı sistemindən avtoyuma məntəqəsinə qeyri-qanuni xəttin çəkilməsi aşkar olunub. Hökməli qəsəbəsində isə sudaşıyan maşınlara suyun doldurulmasının qarşısı alınıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində su satışı ilə məşğul olan şəxs yanğın hidrantından qanunsuz su doldurarkən yaxalanıb.
Aparılan nəzarət tədbirləri çərçivəsində Abşeron, Binəqədi, Sabunçu rayonlarında OBA və Almarket şəbəkələrinə məxsus bir neçə mağazada, eləcə də Bakı-Sumqayıt yolunun kənarındakı Super marketdə sudan uçotsuz istifadə hallarının qarşısı alınıb.
Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib.




Turlar.az [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib