Ödənişli yolda ağır qəza: Xəsarət alan var
Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Yayılan görüntülərdə nəqliyyat vasitəsinin aşdığı görünür.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev açıqlamasında qəzanın ötən gün səhər saat 10 radələrində baş verdiyini qeyd edib:
"Hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsinin Şabran rayonu ərazisindən keçən hissəsində (123-cü kilometrlikdə) qeydə alınıb. Bakı şəhər sakini 1989-cu il təvəllüdlü xanım sürücü idarə etdiyi "KIA Sportage" markalı 99-TA-076 dövlət qeydiyyat nişanlı minik avtomobilini yol kənarındakı beton maneəyə çırpıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 2017-ci il təvəllüdlü sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili olaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır".


Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir