Ögey oğlundan ŞOK AÇIQLAMA: "Əli Əliyevin nə dərəcədə təhlükəli insan olduğunu hər kəs bilməlidir"

Ögey oğlundan ŞOK AÇIQLAMA: Kamran Cəfərov
Hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev haqqında maraqlı detallar üzə çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə Əli Əliyevin ögey oğlu Kamran Cəfərov özünün facebook səhifəsində yazıb. O, Əli Əliyevin ona qarşı etdiyi düşmənçilik münasibətini və onun nə dərəcədə təhlükəli bir insan olduğunu qeyd edib.
"Uzun illər davam edən, bir çox insanların həyatını sındıran (mən daxil), insanları məhv edən düşmənçilik mövcuddur.
Mən açıq deyəcəm, Əli Əliyev mənim düşmənimdir və bu münasibətlərin uzun tarixi və dərin səbəbləri var. Qısa zaman ərzində hər şeyi açıqlamaq niyyətindəyəm, Əli Əliyevin kimliyini və nə dərəcədə təhlükəli insan olduğunu hər kəs bilməlidir, biləcək. Bu böyük pazldır (mozaika) və hər gün bir fraqmenti açıqlamaqla sonda ümumi mənzərəni sizə göstərəcəm. Əvvəldən yox, son hadisələrdən başlayacağam.
Sonda, hər şeyi aydın görəcəksiniz", – o yazıb.
Daha sonra Kamran Cəfərov Əli Əliyevə bir neçə sual ünvanlayıb:
"İndi isə Əli Əliyevə bir neçə sualım var.
Yasamal Məhkəməsində mənim həbsimə nail olmaq üçün hansı addımlar atmısan? Məqsəd nə idi? Bu kimə lazım idi?
Şərh bölümündə sənəd yerləşdirdim, bu nə sənəddir? Bu sənəddən necə istifadə etmisən? Niyə?"
Ögey oğlundan ŞOK AÇIQLAMA: O, Əli Əliyevə görə onu tənqid edənlərə də cavab verib:
"Əli Əliyevlə açıqlamamla bağlı bəziləri mənə diplomatiya və demokratiya dərsi keçməyə çalışırlar. Halbuki prosesin içində olan insanlar danışmırlar, məsələnin nə dərəcədə ağır və dərin olduğunun fərqindədirlər.
Demokratiyaya gəlincə…
Mən nə yazdığımı çox gözəl bilirəm. Diqqətlə oxusanız görərsiniz ki, açıqlama 2 hissəyə bölünür: mənim Əliyə münasibətim və şəxsi suallar. Münasibətlərimiz və bir neçə şəxsi sual, bu qədər sadə".
Əli Əliyevin həbsinə münasibət bildirən K.Cəfərov deyib ki, onun həbsi qanunsuzdur.
"Əli Əliyevin həbsi qanunsuzdur, bu müzakirə predmeti deyil. Hüquq müdafiəçiləri, siyasətçilər tərəfindən dəstək verilməlidir, verilir, belə də olmalıdır. Əlinin qanunsuz həbsi məni hamınızdan çox narahat edir. Onu həbsdə görmək mənim arzumdur, amma bu siyasi sifariş olmamalıdır, bu qanuni olmalıdır", – deyə o fikrini tamamlayıb.
Rəsmiyyə Şərifova, 
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 07 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video bugünkü son xəbərlər cəbhədən son durum az xeber