Oğlu bir ailənin dörd üzvünü qətlə yetirən atanın intiharı - TƏFƏRRÜAT

Oğlu bir ailənin dörd üzvünü qətlə yetirən atanın intiharı - TƏFƏRRÜATBeyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib. 58 yaşlı Loğman Cəlilov özünü asaraq canına qəsd edib. Onun oğlunun törətdiyi cinayətə dözməyərək intihar etdiyi iddia olunur.
KONKRET.az xəbər verir ki, hadisə barədə Modern.az-a danışan kəndin bələdiyyə sədrinin müavini Cahangir Əliyev bildirib ki, Loğman Cəlilov ötən ay baş verən hadisədən sonra özünə qapanıb və kənd sakinləri ilə təmasda olmayıb.
"Məlum hadisə hər kəsə pis təsir etmişdi. Loğman Cəlilov oğlunun törətdiyi cinayətdən sonra kənd sakinlərinin arasına çıxmırdı. Polis ailəni nəzarətdə saxlayırdı. O, bir müddət qardaşının evində qaldı, sonra öz evinə, Tatallar kəndinə qayıtdı. Loğman çox mehriban, zəhmətkeş kişi idi. Onların digər ailə ilə aralarındakı ədavət belə vəziyyətə gətirib çıxardı.
Hadisədən sonra artıq hamı bilirdi ki, Fuada ağır cəza veriləcək. Əlbəttə, bu, bir ata üçün böyük dərddir. Loğman Cəlilovun illər öncə qızı intihar etmişdi. Daha sonra oğlunun belə olması, görünür, ona çox pis təsir edib", – deyə sədr müavini vurğulayıb.
C.Əliyevin sözlərinə görə, Loğman Cəlilov təxminən bir neçə gün öncə özünü öldürüb.
Xatırladaq ki, qətl hadisəsi dekabrın 2-də Beyləqanın Tatalılar kəndində baş vermişdi. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.
Məlumata görə, Fuad Cəlilzadənin atası 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetiribmiş. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası veribmiş. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar olurmuş.
Qeyd edək ki, qətlə yetirilən ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

Hadisə       Tarix: 16 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan