Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikiləcək - SƏRƏNCAM
Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikiləcək.
azxeber.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Əlicançay su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.
Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikilməsi qərara alınıb.
Sərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə Əlicançay su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etmək, Əlicançay su anbarının tikintisi nəticəsində içməli su ilə təmin ediləcək yaşayış məntəqələri və suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulan əkin sahələri üzrə prioritetləşdirmə aparmaqla, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflərini 5 (beş) ay müddətində "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya (bundan sonra – Komissiya) təqdim etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Əlicançay su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.
Komissiya Sərəncamda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Sərəncamda göstərilən su anbarının tikintisinin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidir.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı