Ohanyanın erməni ordusunun başına açdığı oyunlar - ŞOK AÇIQLAMA
Ermənistan parlamentinin "Mənim addımım" blokundan millət vəkili Nazeli Baqdasaryan keçmiş müdafiə naziri Seyran Ohanyanı ordudan qazanc əldə etməkdə günahlandırıb.
Publika.az-ın məlumatına görə, sabiq nazir feysbuk hesabından deputatın cavabını verib.
"Bu yaxınlarda öyrəndim ki,"Mənim addımım"ın "artsax"ı türklərə təslim edən millət vəkillərindən biri 1983-cü il təvəllüdlü "mütəxəssis" Nazeli Baqdasaryan hərbi təcrübəsi onun yaşından artıq olan və 16 il ərzində "artsax"ın hərbi şöbələrinə rəhbərlik edən Seyran Ohanyanın töhfəsinə şübhə edir. Düşünürəm ki, bu millət vəkili yoldaşlarının hərbi tərcümeyi-halını təqdim etməlidir ki, müqayisəli analiz aparaq. Mənim hərbi təcrübəm onun yaşından çoxdur. Paşinyanın blokundan olan millət vəkilləri başqalarının müdafiə sənayesinə verdiyi töhfələri tənqid etmək istəyəndə birinci özləri ilə başlasınlar",- Ohanyan bildirib.
Xatırladaq ki, Ohanyan 1992-ci ildə Şuşanın işğal edilməsində fəal iştirak edənlərdən biri olub. Vətən müharibəsi dövründə isə son anda Şuşanın müdafiəsi Ermənistan hərbi rəhbərliyi tərəfindən ona tapşırılmışdı.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək