Oleq Jdanov: "Ermənistanda bir daha Qarabağdakı qoşunlara kimin rəhbərlik etdiyini göstərdilər" - MÜSAHİBƏ

Oleq Jdanov: "Ermənistanda bir daha Qarabağdakı qoşunlara kimin rəhbərlik etdiyini göstərdilər" - MÜSAHİBƏOleq Jdanov: "Ermənistanda bir daha Qarabağdakı qoşunlara kimin rəhbərlik etdiyini göstərdilər" - MÜSAHİBƏ
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dünyanın heç bir ölkəsinin tanımadığı "seçkilər" Qarabağın "müdafiə ordusu"nun Ermənistanın işğalçı Silahlı Qüvvələri olduğu arqumentini təsdiqlədi.
"Səsvermə"dən bir qədər əvvəl "Sasna Tsrer" ümumerməni partiyasının liderlərindən biri Jirayr Sefilyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, birbaşa əmr verən və yüksək səviyyəli hərbi məmur kimi, bu "seçkilər"də Qarabağın "müdafiə ordusu"nun iştirakını qadağan etməyə çağıran bəyanatla çıxış edib.
Ukraynanın tanınmış hərbi mütəxəssisi, ehtiyatda olan polkovnik, Ukrayna Baş Qərargahının əməliyyat idarəsinin keçmiş əməkdaşı Oleq Jdanov vəziyyəti Media.Az-a şərh edib.
- İşğal olunmuş Qarabağ ərazisində hətta koronavirus pandemiyası fonunda "seçkilər" keçirildi. Avropa İttifaqı, Estoniya, Gürcüstan, Ukrayna və bir çox başqa dövlətlər artıq bu "səsvermə"ni tanımadıqlarını açıqlayıblar...
- Bu cür hərəkətlər (işğal olunmuş ərazilərdə "seçkilər" -  red.) barışıq prosesinə kömək etmir. Ancaq mənim üçün Ermənistanın beynəlxalq hüquqdan yayınan bu cür davranışı təəccüblü deyil.
- Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə Qarabağın "müdafiə ordusu" heyətinə "səsvermə"nin qadağan olunması barəsində çağırış maraq doğurur. Bu, faktiki olaraq, işğalçı qüvvələrə əmr verən şəxsin kim olduğunun növbəti etirafıdır?
- Bəli, onlar işğal altında olan Dağlıq Qarabağda qoşunlara kimin rəhbərlik etdiyini bir daha göstərdilər. Yeri gəlmişkən, burada Donbasdakı vəziyyətlə bağlı çox oxşarlıq var. Bölgələrimizdə qeyri-sabitliyin kimə lazım olduğunu başa düşürük.
- Bəs Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına edilən bu müraciət beynəlxalq strukturlara müraciət etmək üçün dəlil ola bilər? Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının BMT və digər təşkilatlar tərəfindən tanınması faktı var...
- Belə vəziyyətdə bir məsəl yerinə düşür: "Səbr və əmək - hamısı nəticə verəcək".
Ermənistanın işğalda iştirakını daim göstərmək, bunu sənədləşdirmək və həmişə bəyan etmək lazımdır. Məlumatlar toplamaq lazımdır, o cümlədən, beynəlxalq məhkəmələrdə iddialar üçün (hələ ki, onlar fəaliyyət göstərir və beynəlxalq hüquq sistemi tamamilə çökməyib). Bu cür hallar nə qədər çox olarsa, Azərbaycanın lehinə arqumentlər də bir o qədər çox olar. /oxu.az

Siyasi       Tarix: 01 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler xabar az son xeber az kriminal bugun