Ölkə ŞOKDA: 250 ölü, 11 min yaralı
İraqda zorakılıq və iğtişaşlarla müşayiət olunan etiraz aksiyalarının davam etdiyi bir ay ərzində azı 250 nəfər həlak olub, 11 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə Al-Hadath telekanalı ölkə parlamentinin insan hüquqları üzrə komitəsinə istinadla məlumat yayıb. Komitədən verilən məlumata əsasən, etiraz aksiyaları başladıqdan bəri 2500 iraqlı saxlanılıb ki, onlardan 500-ü hələ də həbsdədir.
Oktyabrın 30-da insan hüquqları üzrə Ali Komissiya təkcə ötən həftə ölkədə 100 nəfərin həlak olduğu barədə məlumat yayıb. Bununla yanaşı, ordunun operativ qərargahı güc strukturlarının ölüm halları ilə əlaqəsini inkar edərək, Bağdadın bəzi rayonlarında etirazçılara hücum etməkdə şübhəli bilinən cinayətkar qrup üzvlərinin saxlanıldığını bildirib.
Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib. Bağdadda və ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq olunub.
İraqda fəaliyyət göstərən heç bir partiya və siyasi lider etirazların arxasında durduğu barədə bəyanatlar verməyib. BMT-nin insan hüquqları üzrə Ali komissarı dinc nümayişçilərin həlak olması ilə bağlı açıq təhqiqata başlamağı tələb edib (Azərtac). /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib