Ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı qorunur - Baş Qərargah rəisi
Bakı Qarnizonu hərbi hissələrinin şəxsi heyətinin, şəhid ailələri üzvlərinin və müharibə veteranlarının iştirakı ilə Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib.
Müdafiə Nazirliyindən azxeber.com-a verilən məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Müdafiə nazirinin salamlarını və təbriklərini toplantı iştirakçılarına çatdırıb.
General-polkovnik K.Vəliyev qeyd edib ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz buraxıb və bu siyasət hazırda Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilib ki, Prezidentimiz gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, habelə gənclər təşkilatlarının formalaşması və inkişafına böyük diqqət yetirir.
"Gənclərin hərbi xidmətə hazırlanması, onların milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Məhz Vətən sevgisi Azərbaycan gənclərini torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərə qatılmağa sövq etdi", - deyə Baş Qərargah rəisi bildirib.
O, vurğulayıb ki, gənclərimiz Azərbaycan Ordusunda xidmət keçməkdən şərəf duyur və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirir. "Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir. Səngər və döyüş mövqelərində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı qorunur".
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi adından ordu gənclərinə xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA