Ölmüş kimi qeydiyyata alınıb pensiyası kəsilən qadınla bağlı - RƏSMİ AÇIQLAMA - VİDEO
Xəbər verdiyimiz kimi, Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb. 1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olan H.Əliyevanın sözlərinə görə, artıq 4 aydır, pensiyası dayandırlıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.
Azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir:
"Pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir.
Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb.Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib.
Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək".
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var