Ölümcül virusdan xilas olan qadın: "İlk yoluxan mən olmuşam
Çində yayılan ölümcül koronavirus infeksiyasından sağalan şəxs var.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, virusdan canını qurtaran 44 yaşlı şəxs xəstəliyi barədə danışıb. O, bildirib ki, bir neçə ilk öncə Uxan bölgəsinə köçüb. Tətili isə Çinin başqa əyalətin Çunçinə keçirib. Bir müddət əvvəl onun vəziyyəti dəyişilib. Buna görə də həyat yoldaşı onu xəstəxanaya çatdırıb. Müayinə olunan qadının koronovirusa yaxalandığı aşkarlanıb.
Qadının sözlərinə görə, bu ərazidə ilk virusa yoluxan o olub. Virus aşkarlandıqdan sonra həkimlər onu virus əleyhinə müalicə ediblər və bu zaman ənənəvi Çin tibb üsulundan istifadə edilib. Daha sonra səhhətində müsbət irəliləyişlər müşahidə edilib və xəstəxanadan çıxarılaraq evə göndərilib.
O, tibbi maskadan istifadə etməyi, tez-tez əlləri yumağı, hərarətin qalxması, öskürək və digər simptomlar baş verdiyi zaman həkimə müraciət etməyi gecikdirməməyi tövsiyə edib:
"Təcrid edilmək sizi narahat etməsin, əhval-ruhiyyəni yüksək tutmaq, həkimə qulaq asmaq və inanmaq lazımdır. Bu zaman mütləq sağalacaqsınız. Qorxmaq lazım deyil"- deyə o bildirib.
Qeyd edək ki, koronavirusdan 259 nəfər həyatını itirib, 11700-dən çox insan isə bu virusa yoluxub.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ