Ölümlər NİYƏ "CAVANLAŞIB"? - "İnfarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil"

Ölümlər NİYƏ Son illər cəmiyyətdə ürək çatışmazlığından ölüm halları artıb. Əvvəllər gənc birinin ölümü təəccüblə qarşılanırdısa, indi bu situasiyaya öyrəşmişik, artıq ölümlər "cavanlaşıb".
Səhiyyə Nazirliyinin hələ 2022-ci il üzrə olan statistikasına görə, Azərbaycanda qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verib.
Bəs maraqlıdır, yaş fərqi olmadan kardioloji xəstəliklərin artmasının səbəbləri nədir? Yaxın beş-on il ərzində yoluxduğumuz viruslar orqanizmimizi sıradan çıxarıb, yoxsa səbəblər başqadır?
KONKRET.azxəbər verir ki, oxu.Az mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ürək xəstəliklərinin artması erkən yaşdan mübadilə pozuntularının olması ilə bağlıdır:

"Çox təəssüflər olsun ki, günümüzdə qidalanma formamız əksər şəxslərdə erkən yaşlarda ürək damarlarının xolesterinlə tutulması ilə nəticələnir. Nəticədə damarlar daralır və arterial təzyiq yaranır. Arterial təzyiqin artması isə ürəkdə infarkta səbəb olur. Bu gün yoxlama aparsaq, 50 yaşdan aşağı kişilərin əksəriyyətində ürəkdə stent və başqa əməliyyatlar keçirmə halları ilə rastlaşarıq. 30-40 il əvvəl isə belə deyildi. Bu isə ciddi narahatlıq doğurur.
Artıq insanlar çox qida qəbul edirlər, az hərəkət edirlər. Daxil olan kalori bədəndə depolanır. Sonda isə maddələr mübadiləsi pozulur. Siqaret çəkmək, ifrat həddə spirtli içki qəbul etmək, çoxlu karbohidrat istehlak etmək ürək xəstəliklərinin əsasında dayanan faktorlardır. Qlobal bir səbəb isə stresdir. Mobil telefonlar insanların sosiallaşmasının qarşısını aldı, insanlar sanki sosiallaşmadan izolyasiya olunublar. İnsanlar artıq qonaq getmirlər, ünsiyyətdən qaçırlar. Bu da daxildə mənfi enerjinin toplanmasına şərait yaradır, sonda ürək xəstəlikləri formalaşır".
Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayının həmsədri Ülvi Mirzoyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, infarkt hallarının artması və bu xəstəlik nəticəsində ölüm yaşının azalması tək bir faktorla izah edilə bilməz, bunun arxasında kompleks amillər dayanır:

"Bir tərəfdən, COVID-19 və digər virus infeksiyaları damar divarına zərər verərək iltihablı proseslərə səbəb ola bilər. Bu da aterosklerotik piləklərin destabilizasiyasını sürətləndirərək infarkt riskini artırır. Xüsusilə COVID-19 xəstəliyinin damarlarda tromboz yaratma potensialı elmi araşdırmalarda təsdiqlənib.
Digər tərəfdən, həyat tərzi ilə bağlı risk faktorlarının artması da nəzərə çarpır. Sedentar (oturaq – red.) həyat tərzi, qeyri-sağlam qidalanma, yüksək duz və transyağ tərkibli qidalar, şəkərli diabet, arterial hipertenziya və piylənmə kimi risk faktorları infarkt təhlükəsini artıran əsas səbəblər arasındadır".
Ü.Mirzoyev əlavə edib ki, stres və psixososial faktorlar da unudulmamalıdır:
"Müasir dövrdə xroniki stres və psixoloji gərginlik damar divarında mənfi dəyişikliklərə səbəb ola bilər.
Bununla yanaşı, gənc yaşlarda infarkt hallarının artmasının səbəblərindən biri də genetik faktorlar və ailəvi hiperkolesterinemiya ola bilər. Bəzi hallarda fərdlər genetik olaraq yüksək xolesterin səviyyəsinə malik olurlar ki, bu da damar tıxanıqlığına şərait yaradır.
Profilaktik tədbirlərə gəldikdə isə risk faktorlarının erkən aşkar edilməsi, sağlam həyat tərzi dəyişiklikləri, düzgün qidalanma və müntəzəm fiziki aktivlik infarktın qarşısını almaqda əsas rol oynayır. Eyni zamanda, hipertoniya və dislipidemiya kimi risk faktorlarının vaxtında müalicəsi də vacibdir.
Son nəticə olaraq, infarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil. Kompleks yanaşma tələb olunur: sağlam həyat tərzi, risk faktorlarının nəzarəti və ictimai maarifləndirmə bu problemin həllində əsas rol oynayır".

Sağlamlıq       Tarix: 15 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bu gun maraqlı xəbərlər apa.az xeberler sonxəbərlər