"Sosial şəbəkələrin verdiyi üstünlüklərdən istifadə edərək başqalarını təhqir etmək…" - Qulu Məhərrəmli

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsinə görə cərimə və cəzalar müəyyən edilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin "Xırda xuliqanlıq" maddəsinə yeni hissələr əlavə olunması təklif edilir. 
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli azxeber.com-a açıqlamasında deyib ki, sosial şəbəkələr açıq informasiya, fikir mübadiləsi və ünsiyyət platformasıdır:
"Burada insanlar müəyyən məlumatları paylaşır, öyrənir və bir-biri ilə fikir mübadiləsi aparırlar. Bütün bunlar insanların virtual ünsiyyəti üçün böyük imkanlar yaradır. Amma əlbəttə ki, bu platformaların verdiyi üstünlüklərdən istifadə edərək başqalarını təhqir etmək, ləyəqətsiz statuslar paylaşmaq, kimisə alçaltmaq və ziyanlı siyasi çağrışlar etmək yol verilən davranışlar deyil".
Professor bildirib ki, insanlar etik qaydalar çərçivəsində fikirlərini ifadə etməlidir:
"İnsanlar etik qaydalar çərçivəsində fikirlərini ifadə etməli və fikir mübadiləsi aparmalıdır. Bu çox normal bir prosesdir. Lakin etik qaydalara uyğun olmayan, cinayət məsuliyyəti yaradan, söyüş və təhqir kimi hərəkətlərə yol verildikdə müvafiq tədbirlər görülməlidir".
Ekspert deyib ki, hər kəs öz məsuliyyətini bilməli, dediyi sözün çəkisini dərk etməlidir:
"Qorxulu olan odur ki, bəzi hallarda qanunun gücündən istifadə edilərək fikir pluralizminə və ümumi fikirə əks olan fikirləri bildirən insanlara qarşı kampaniyalar aparılır. Bu doğru deyil. Hər kəs öz məsuliyyətini bilməli, dediyi sözün çəkisini dərk etməlidir. Azad söz həm də məsuliyyət tələb edir. Doğrunu söyləmək, yalan məlumat yaymamaq vacibdir".
Şahanə Ziyad

Sosial       Tarix: 25 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər sosial yardim cəbhədən xəbər gunun xeberleri