Ombudsman: 3 saylı uşaq evində monitorinq aparılıb, dövlət qurumları qarşısında məsələ qaldırılıb
" 3 saylı uşaq evi sosial xidmət müəssisəsində monitorinq həyata keçirilib, saxlanma şəraiti, qidalanma və digər məsələlər araşdırılıb".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilən sözügedən şəxslə (R.Rəsulovla) fərdi qaydada konfidensial söhbət aparılıb. Eyni zamanda, müəssisədə yaşayan digər uşaqlarla fərdi və qrup şəklində konfidensial söhbətlər aparılıb.
Müvafiq qeydlər götürülüb və faktla bağlı aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılıb.
Xatırladaq ki, müəssisənin azyaşlı sakini R.Rəsulov həmin müəssisədə uşaqların kamera olmayan yerlərdə - dəhlizdə və sanitar qovuşaqda döyüldüyünü və təhqir edildiyini iddia edib. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat