Ombudsman Avropa Şurası rəsmiləri ilə onlayn görüş keçirib
Ombudsman Avropa Şurası rəsmiləri ilə onlayn görüş keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə Avropa Şurası Ayrı-seçkilik əleyhinə departamentinin nümayəndələri Mara Georgesku və Angela Longo ilə onlayn görüş keçirib.
Ombudsman aparatından Oxu.Az-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycan Ombudsman təsisatının da iştirak etdiyi "Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi" adlı layihənin milli səviyyədə implementasiyasının qiymətləndirilməsi olub.
Görüşdə Müvəkkil sözügedən layihə çərçivəsində bu zamana qədər görülən işlər barəsində məlumat verib, keçirilən treninq və seminarların Ombudsman Aparatının əməkdaşlarının ayrı-seçkiliklə mübarizə sahəsində bilik və təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əsasən Müvəkkil milli qanunvericilikdə və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunan insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən, ayrı-seçkiliklə mübarizə ilə bağlı fəaliyyəti həyata keçirir.
Avropa Şurasının nümayəndələri Müvəkkilin vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirdiyi görüşlərin önəmindən bəhs ediblər. Qeyd olunub ki, belə görüşlər Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Həmçinin bu ilin payızında Ombudsman təsisatı ilə birgə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı ilə dəyirmi masa formatında tədbirin keçirilməsi təklif olunub. Həmin tədbirdə beynəlxalq ekspertlərin də iştirakı nəzərdə tutulur.
Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.

DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq
Zidan Fransa millisinin baş məşqçisi olacaq
Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
Məşhur müğənnidən ŞOK ADDIM: Villasını 100 dollara satdı
Kredit borcundan yayınmaq üçün adını və soyadını dəyişdi - FOTO
Hörmüz boğazında baş verənlər neft qiymətlərinə necə təsir edir?
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Tramp Əliyevin sözlərini "Truth Social"da paylaşdı
"Sabah" 12 milyona stadion aldı, Masazırdan köçür
Müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik – Prezident
Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu
İlnaz Qalyaviyev həbsxanada evləndi
Bayramovla Lavrov arasında görüş keçiriləcək