Ombudsman ermənilərin Parisdə törətdiyi təxribatı pislədi - BƏYANAT
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Fransanın paytaxtı Parisdə bir qrup erməninin Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücumuna etirazla bağlı bəyanat yayıb.
Ombudsman Aparatından KONKRET.az-a verilən xəbərə görə, bəyanatda deyilir:
"Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumata istinadən Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək Parisdə "Qarabağa aparan yol" filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.
Onlar Azərbaycan Respublikasının Şuşa şəhəri, o cümlədən Qarabağ bölgəsi ilə bağlı təxribatçı şüarlar səsləndirib, dinc insanlara hücum edərək zorakılıq nümayiş etdiriblər.
Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova və digər iştirakçılar xəsarət alıblar. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.
Təəssüf hissi ilə qeyd etmək istərdik ki, dünyanın bir çox yerlərində söz, fikir və ifadə azadlığından istifadə etməklə Azərbaycan mədəniyyətini, tarixini dünya ictimaiyyətinə çatdırmağa çalışan azərbaycanlılar dəfələrlə milli, etnik və nifrət zəminində hücumlara məruz qalırlar.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin, Mülki və Siyasi Hüquqlar Haqqında və İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktların və digər beynəlxalq sənədlərin müddəalarının kobud pozulması ilə müşaiyət olunan bu hadisələr Ermənistanın etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük siyasətinin bariz nümunəsidir.
Ermənistanın dövlət siyasətinin əsasını təşkil edən və azərbaycanlılara qarşı ayrı-seçkiliyi, nifrəti alovlandıran, təşviq edən bu kimi təxribatçı əməllər, bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında "etnik uyğunsuzluğa" aşkar inamının sübutudur.
Ombudsman olaraq, Ermənistanın Azərbaycana, eyni zamanda xarici ölkələrdəki azərbaycanlı icmalarının üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir, Ermənistan tərəfini məqsədli gərginlik yaradaraq sülh danışıqlarına əngəl törətmək cəhdlərindən əl çəkməyə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq".
Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?