Ombudsman Ermənistanı 10 noyabr tarixli birgə Bəyanata əməl etməyə çağırıb
Ombudsman Ermənistanı 10 noyabr tarixli birgə Bəyanata əməl etməyə çağırıb
Ombudsman Səbinə Əliyeva Xocavənddə bir hərbi qulluqçumuzun şəhid olması, bir əsgərimizin isə yaralanması ilə bağlı müraciət yayıb.
Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilir ki, qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə 27 dekabr 2020-ci il tarixində Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Azərbaycan ordusunun bölmələrinə hücum edib, nəticədə bir hərbi qulluqçumuz şəhid olub, bir əsgərimiz isə yaralanıb:
"İnsan hüquqlarına mühüm təhlükə yaradan bu hadisəni beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının bir daha kobud şəkildə pozulması faktı kimi qiymətləndirir və sərt şəkildə pisləyirik.
Eyni zamanda Ermənistan tərəfini Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əməl etməyə və insan hüquqlarının pozulmasına səbəb olan belə qeyri-qanuni əməllərdən çəkinməyə çağırırıq". /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız