"Omikron" uşaqlar üçün təhlükəli deyil - İnfeksionist

Azərbaycanda koronavirusun "omikron" ştammı aşkarlanıb. Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K "omikron" variantı aşkarlanıb. 
Bu virus dünyanın bir çox ölkəsində yayılıb. Yeni ştamm virusun başqa növlərinə nisbətən tez yayılır. Öldürücülük təsiri isə zəifdir.
Bəs, uşaqları bu virusdan necə qoruyaq?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, ciddi narahatlığa ehtiyac yoxdur.
O bildirib ki, bu virusun öldürücülük təsiri "delta" ştammıyla müqayisədə zəifdir. Biz bunu ştammın yayıldığı ölkələrin statistikasından da görə bilərik.
"Uşaqlar bu xəstəliyi virusun digər ştamlarında olduğu kimi keçirdirlər. Əgər uşaq virusun "omikron" ştammına yoluxarsa, müalicə əvvəlki ştamların müalicəsində istifadə olunan üsullarla aparılmalıdır. Xüsusilə, uşaqların sosial məsafə saxlaması, tibbi maska taxması, kütləvi yerlərə getməməsi məsləhətdir", – deyə V.Cavadzadə deyib.
Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

Sağlamlıq       Tarix: 10 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun sonxəbərlər valyuta məzənnələri cəbhədən son xeber