Omikron', yoxsa qrip? - VACİB AÇIQLAMA
Hazırda boğaz ağrısı və qızdırması olanların böyük əksəriyyəti koronavirusun "omikron" ştammına yoluxan şəxslərdir.
azxeber.com xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
"Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda ölkəmizdə qrip infeksiyası, demək olar ki, yoxdur. Bu da onu deməyə əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun "omikron" ştammıdır", - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşə bilər.
"Omikron" ştammının əsas simptomları hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, baş ağrısı, yorğunluq və.s-dir.
Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi vermək lazımdır", - M.Əliyev əlavə edib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var