Onlar Azərbaycan vətəndaşı olsalar da, başqalarının çaldığı zurnaya oynayırlar

Onlar Azərbaycan vətəndaşı olsalar da, başqalarının çaldığı zurnaya oynayırlar"Xaricdə yaşayan sürüşkən ünsürlər Azərbaycan vətəndaşı olsalar da, başqalarının çaldığı zurnaya oynayırlar".
Bu sözləri azxeber.com-a açıqlmasında politoloq Tofiq Abbasov deyib. 
O qeyd edib ki, Azərbaycanın nüfuzu artdıqca xaricdən mənfi reaksiyalar da çoxalır:
"Azərbaycanın xarici siyasət sahəsində və digər strateji istiqamətlərdə uğurları artdıqca, buna xaricdən çox qəribə və mənfi reaksiyalar verilir. Ölkəmizə qarşı mənfi münasibət bəsləyən, bədxah niyyətləri olan müəyyən dairələrin nümayəndələri, hətta Azərbaycanda fəaliyyət göstərən "beşinci kolon"la əlaqə qurur, öz şəbəkələrini genişləndirməyə çalışırlar. Məqsəd müxtəlif təxribat xarakterli addımlar atmaq, Azərbaycanı çətin vəziyyətdə göstərmək, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaqdır".
Onlar Azərbaycan vətəndaşı olsalar da, başqalarının çaldığı zurnaya oynayırlarPolitoloq qeyd edib ki, bu, klassik təxribatdır:
"Müəyyən qruplar səs-küy yaratmağa çalışsalar da, onların bu cəhdləri nəticəsiz qaldı. Onların özləri də bilirdi ki, heç nəyə nail olmayacaqlar. Çünki dövlət başçısının təhlükəsizliyini təmin edən mühafizə xidməti yüksək peşəkarlığa malikdir və istənilən vəziyyətdə operativ və effektiv fəaliyyət göstərmək imkanına sahibdir. Bu hadisədə ABŞ polisi və kəşfiyyat strukturları da birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərərək mümkün təxribatların qarşısını aldılar".
T.Abbasov qeyd edib ki, təxribatçıların səsləndirdikləri iddialar əsassızdır:
"Bu cür cəhdlərin əsas məqsədi guya ölkəmizdə demokratiyanın və insan hüquqlarının təmin olunmadığı barədə yanlış təsəvvür yaratmaqdır. Digər ölkələrin rəhbərlərinin səfərləri zamanı da oxşar hadisələrin baş verdiyini görmüşük. Bu, əvvəlcədən planlaşdırılan siyasi ssenarilərin bir hissəsi kimi qiymətləndirilməlidir. ABŞ ictimaiyyətində Azərbaycanda insan hüquqları və vicdan azadlığı təmin olunmur fikrini yaratmağa çalışdılar. Lakin bütün bu iddialar əsassızdır və biz bunun əksini praktikada görürük".
O bildirib ki, Azərbaycanın nüfuzu durmadan artır:
"Donald Trampın Azərbaycan Prezidentinə göstərdiyi diqqət və münasibət də xüsusi qeyd olunmalıdır. O, İlham Əliyevin sülh təşəbbüslərini yüksək qiymətləndirərək, onun Cənubi Qafqazda sülh prosesinə töhfə verən liderlərdən biri olduğunu vurğulamışdır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha təsdiq edir. Məhz bu səbəbdən, Azərbaycana qarşı olan bədxah qüvvələr bu uğurları həzm edə bilmir və müxtəlif təxribatlara əl atırlar".
Şahanə Ziyad

Siyasi       Tarix: 20 fevral 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri