"Onlar gürcüləri qətlə yetiriblər, indi də azərbaycanlılarla vuruşmağa hazırlaşırlar" - GÜRCÜSTANDAN MÜSAHİBƏ
"Onlar gürcüləri qətlə yetiriblər, indi də azərbaycanlılarla vuruşmağa hazırlaşırlar" - GÜRCÜSTANDAN MÜSAHİBƏ
"Abxaziya-Gürcüstan müharibəsi veteranları"nın Qarabağda separatçılar tərəfində döyüşməyə getdiyi artıq məlumdur.
Tanınmış gürcü politoloq, ictimai xadim, "Georgian Times" media holdinqinin rəhbəri Malxaz Qulaşvili bu barədə Media.Az-a danışıb.
Onun sözlərinə görə, bu, Baqramyan adına qanlı erməni batalyonunun hələ aktiv olmasının sübutudur:
"Onlar gürcüləri qətlə yetiriblər, indi də azərbaycanlılarla vuruşmağa hazırlaşırlar. Azərbaycan və Gürcüstanın separatçılara və terror qruplaşmalarına qarşı birgə mübarizə aparmalıdır, başqa seçimimiz yoxdur".
"Bu insanlar xalqlar arasında ixtilaf, nifrət yaratmağa çalışırlar. Biz çox yaxşı başa düşürük ki, Abxaziyada erməni diasporu çox fəaldır, orada yuxarıda göstərilən Baqramyan batalyonunun irsi güclüdür.
Onlar çoxdan Qarabağdakı erməni separatçıları ilə əlaqə saxlayırlar. Onların ortaq tədbirləri, tanınmamış Dnestryanı və Gürcüstanın Tsxinvali bölgəsinin nümayəndələri ilə görüşləri olur.
Ancaq indi baş verənlər - muzdluların Azərbaycanla müharibəyə göndərilməsi həddini aşmaqdır", - Malxaz QUlaşvili qeyd edib. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."