Onları bir neçə gündə itirdik

Onları bir neçə gündə itirdikHər il yay mövsümündə istirahət üçün su hövzələrinə üz tutanlar bəzən bədbəxt hadisələrlə üzləşirlər. Belə hadisələrin böyük əksəriyyəti bölgələrdə baş verir. Bəzən uşaqlar, yeniyetmələr təhlükənin ciddiyyətinin fərqinə varmırlar və bu, sonda bir ailənin faciəsinə çevrilir.
KONKRET.az "Qafqazinfo"-ya istinadən təkcə bu ilin iyun-iyul ayı ərzində suda boğulan bəzi uşaqlar və yeniyetmələrlə bağlı məlumatları təqdim edir.
Belə bədbəxt hadisələrdən biri iyulun 3-də Astarada qeyd alınıb. Kijəbə qəsəbəsində 15 yaşlı Murad Ramin oğlu Ağazadə ehtiyatsızlıqdan qəsəbə ərazisində olan su anbarına düşərək ölüb.
Onları bir neçə gündə itirdikİyulun 1-i Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 17 yaşlı Anar Rəşad oğlu Əmirov batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni gündə Beyləqanda Köhnə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində də bədbəxt hadisə baş verib. Rayonun Eyvazalılar kənd sakini, 16 yaşlı Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb.
Onları bir neçə gündə itirdikBir gün sonra isə Şəmkirdən dəhşətli xəbər gəlib. Üç uşaq rayonun Qədimqala kəndi ərazisindəki süni göldə boğulub.
Bədbəxt hadisə zamanı ölən 9 yaşlı Fərdi Teymurxan oğlu Nadirli, 7 yaşlı Rəvan Teymurxan oğlu Nadirli qardaş olublar.
Məlumata görə, onlar 4 yaşlı əmisi oğlanları İsmayıl Nəriman oğlu Nadirlini xilas etmək istəyərkən hər üçü boğulublar.
Onları bir neçə gündə itirdikÖtən ay isə Şəmkirdə 21 yaşlı İbrahimov Ümid Elxan oğlu və 20 yaşlı Aliyə Həsənova suda boğulublar. Sevgili olduğu bildirilən gənclər Şəmkirçay su anbarında batmışdı.
Onları bir neçə gündə itirdikİyun ayının sonlarında isə Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində beton kanalda kənd sakini 16 yaşlı Nihad Vüqar oğlu Nağızadə batıb və hələ də ondan xəbər yoxdur.
Onları bir neçə gündə itirdikHər yay mövsümündə Bakıda və Abşeronda dənizdə batanlarla bağlı xəbərlər də yayılırdı. Bu yay havaların bir qədər qeyri-sabit keçməsi çimərliklərə axın edənlərin qarşısını kəsib. Bəlkə də hava şəraiti kimlərinsə həyatını xilas edib…

Hadisə       Tarix: 09 iyul 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən görüntüleri son.xabar xeber az