Onların namizədliyi ləğv olundu
Mərkəzi Seçki Komissiyası 1 sentyabr tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə namizədliyi irəli sürülmüş bir neçə nəfərin namizədliyinin qeydə alınmaması və ya sonradan ləğv edilməsinə dair dairə seçki komissiyalarının qərarından edilmiş şikayətlərə baxıb.
azxeber.com "qafqazinfo"ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının iclasında şikayətçilər özləri də iştirak edib.
Onlar dairə seçki komissiyasının qərarı ilə razılaşmadıqlarını bildiriblər. "Ümid" partiyasından namizədliyi irəli sürülmüş Elman Abbasov və Ramin Əliyev verilən qərarın qərəzli olduğunu deyib. "Müsavat" partiyasının üzvü Osman Kazımov isə əmlakı ilə bağlı təqdim etdiyi məlumatda baş vermiş texniki yanlışlıq səbəbindən namizədliyinin ləğv edildiyini deyib və namizədliyinin ləğv edilməsinə dair qərarın baş vermiş yanlışlığa adekvat olmadığını bildirib.
MSK sədri Məzahir Pənahov namizədliyi qeydə alınmamış şəxslərin şikayəti ilə bağlı iclas üzvlərinin səsverməsini keçirib və dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.
Şikayətçilər arasına Xalq şairi Məmməd Arazın qardaşı oğlu, namizədliyini müstəqil şəkildə irəli sürmüş Qorxmaz İbrahimli də olub. MSK onun namizədliyinin qeydə alınmamasına dair dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat