"Onun yoxluğu ilə barışa bilmirəm"- Tanınmış aparıcı

Onu hər kəs tanıyır. Hər gün efirlərimizi bəzəyir. Hər gün  canlı efirdə olmaq onu yormur. Vətəninfo.az saytının budəfəki müsahibi daima üzündə gülüş olan, tanınmış  teleaparıcı, jurnalist, bir sıra layihələrin müəllifi Jalə Əskərovadır.
Onu müsahibə verməyə razı salmaq o qədər asan deyil. Daima efirlərdə olsa da, Jalə xanım  saytlara, televiziyalara müsahibədən qaçan tanınmışlardandır.
– Jalə xanım, illərdir ki, televiziya sahəsində çalışırsınız. İlk gəldiyinizdə nə gördünüz? Bu illərdə özünüzdə və çalışdığınız yerlərdə nələri dəyişmək istərdiniz və ya dəyişə bildiniz?
– ATV-də çalışdığım ilk illərdə böyük rəqabət gördüm. Amma sağlam rəqabət idi. Güclü jurnalist ordusu sıralarında qalmaq üçün təkcə çalışmaq az idi, həm də vuruşmalı idin. Çalışdım-vuruşdum. Əvvəlcə özümü dəyişdim. Bu işdə bir-birimizə dəstək olan çox mehriban ATV komandası var idi. Amma istər-istəməz televiziya fəaliyyəti dünyagörüşü çox dəyişir. Ölkənin və dünyanın informasiya mərkəzindəsən. Az qala günün 24 saatı informasiya alırsan, analiz edib tamaşaçıya ötürürsən. Hər oxuduğun xəbər də sənə təsir edir. Yorulmadan işləməkdən zövq almaq çox az peşə sahiblərində olur. Əksər vaxtlar insanlar yalnız maliyyə müqabilində işinə həvəslə yanaşırlar. Amma bizim fərqimiz isə odur ki, sevdiyimiz işdən pul qazanmışıq. "Nəyi dəyişə bildim?" sualına cavabım isə mücərrəddir. Çünki bir insan ki, özünü az da olsa dəyişə bilibsə, deməli, mütləq şəkildə nəyisə də dəyişib….
–  Kifayət qədər tanınan aparıcılardan biri olsanız da, müsahibələrdən qaçırsınız…Jalə xanım niyə müsahibə verməkdən çəkinirsiniz?
– Çətin sual oldu. Çünki özümü tanıtmaqdan hər zaman qaçmışam, gördüyüm işin şəxsi təqdimatında maraqlı olmamışam. Amma jurnalistlər sualdan qaçan müsahibləri sevmirlər. Ona görə də qeyd edim ki, Azərbaycan Dillər Universitetinin "Beynəlxalq münasibətlər" fakültəsini bitirmişəm. İlk əmək fəaliyyətimə "Azad Azərbaycan" (ATV) televiziyasının "Xəbərlər" proqramında müxbir kimi başladım və aparıcı, redaktor, analitik və araşdırmaçı jurnalist kimi davam etmişəm. Daha sonra Azərbaycan Televiziyasının (AZTV) "Xəbərlər" studiyasında şef-redaktor, hazırda isə "İctimai-siyasi proqramlar" studiyasında redaktor, analitik verilişlərin aparıcısı kimi fəaliyyətim davam edir. İctimai həyatda dövlət televiziyasının aparıcı-jurnalisti kimi təqdimatın arxasında, əlbəttə ki, böyük məsuliyyət, yaradıcı fəaliyyət və keçdiyim bir yol dayanır. 20 il fasiləsiz televiziyanın müxtəlif sahələrində çalışmaq, çətinliklərinə rəğmən sözünü demiş aparıcı-jurnalistlərin sırasında olmaq, görkəmli həmkarlarla çiyin-çiyinə çalışmaq şərəfli və qürurludur. Çünki dediyin hər bir kəlmənin ictimai rəyə təsir göstərə biləcəyindən, müzakirə obyektinə çevriləcəyindən ehtiyatlanmalısan. Adi həyatda isə əslində sadəliyi və səmimiliyi çox sevirəm. Amma çox zaman səmimiyyətdən sui-istifadə ilə qarşılaşmağın əziyyətini də yaşayıram. Bəzən gördüyüm işləri reklam etməyi xoşlamıram. Ümumiyyətlə bu günə qədər müsahibələrdən də qaçıram. Bəlkə də bu mənim qüsurumdur. Amma nəzərə alın ki, mənim işlərim çoxluğu da soail platformalarda aktiv olmağımın qarşısını alır. Hər gün davamlı olaraq efirdə olmaq, yazıları yazmaq , onu redaktə etmək zaman alır. Məhz bu səbəbdən müsahibələrdən qaçağam.
–  Özünüzdə qeyd etdiniz ki, 20 ildən artıqdır ki, bu sahədə çalışırsınız. Efir adamı hər zaman diqqət mərkəzində olur. Həm də efir adamı daima mütaliə etməlidir. Jalə xanım bu gün hansı yazıçıların əsərlərini  oxuyur?
– Söz və yazı mənə görə həyat fəlsəfəsidir. İnsanın ruhunu alovlandıran, əhvalını dəyişən, hətta bəzi hallarda talelərə təsir dairəsidir. Şeir dinləməkdən zövq alıram, şeir səsləndirmək isə hobbimdir. Məktəb illərimdə Xalq şairi Nəbi Xəzrinin "Dəniz, Göy, Məhəbbət" şerini səsləndirməklə Respublika birinciləri sırasında olmuşam. Xoşbəxtəm ki, elə Nəbi Xəzri tərəfindən mükafatlandırılmışam… Mənə görə, klassika hər zaman dəbdədir. Bədii ədəbiyyata sevgim isə rəhmətlik babamın zəngin kitabxanasındakı "Xəmsə"dən başlayıb. Sonuncu oxuduğum kitab "Ovod"dur. Təkrar mütaliə etdim. Hazırda görkəmli yazıçı Mir Cəlal Paşayevin "İnsanlıq fəlsəfəsi"ni oxuyuram. Onu da etiraf edim ki, bir qədər xəbər və siyasi analiz yaradıcı ruhumun istiqamətini dəyişib. Hazırda stolüstü kitablarım geosiyasi çağırışları əks etdirən Zbiqnev Bjezinskinin "Böyük şahmat taxtası", Henri Kissincerin "Dünya nizamı"dır. Xalq şairi Nəriman Həsənzadə ilə tez-tez görüşlərimiz olur. Gənc yazarlardan isə Ramil Əhməd dostumuzdur, dəst-xəttini bəyənirəm, fikir mübadiləsi aparırıq.
– ⁠Jalə xanım hər gün efirdə olursunuz. Sizi hər gün efirlərdə milyonlarla tamaşaçı izləyir. Həm yaşlı, həm orta nəslin nümayəndələri, həm də gənclərin sevimli aparıcılarından birisiniz. Bu gün illərin peşəkar aparıcısı olan Jalə xanım gənclərə hansı tövsiyyələr verə bilər?
– Mənim efirdə qonaqlarım içərisində mütamadi olaraq gənclər də olur. Bu gün bizim olduqca savadlı, intellektual gənclərimiz var. Bəzən mən də gənclərimizdən nəsə öyrənməyə çalışıram. Hesab edirəm ki, gənclərimiz hər zaman mütaliə etməlidir. Mən gənclərimizə töövsiyyə edərdim ki, beşinci sənaye dövrünün texnoloji trendlərinin yaratdığı və yarada biləcəyi müsbət və mənfi tendensiyalardan bəhs edən yəhudi yazar Yuval Noah Hararinin "21-ci əsr üçün 21 dərs" kimi bestsellerlərini oxusunlar… Bu kitab 2050-ci ilədək dünyanın necə dəyişəcəyini izah edir və gənc nəsillərə çağırışlara hazır olmağı öyrədir. Gənclərə ən böyük tövsiyəm yeniliklərə nə qədər açıq olsalar da, bir o qədər də dəyərlərimizə mühafizəkar olmalıdırlar. Beyinləri zəhərlənməməlidir. Gənclərimiz Uzaq Qərbdən, okeanın o tayından qlobalizasiya adı altında bizlərə sırımağa çalışılan siyasi texnologiyaların qurbanına da çevrilməməlidirlər. Əxlaqi və mənəvi dəyərlərin qorunub saxlanması üçün ailədən, məktəbdən gələn tərbiyə gənclərin gələcəyi üçün yol xəritəsi olmalıdır. Gənclər bilməlidirlər ki, bütün növ təhdidləri yalnız və yalnız güclü təhsillə, savadlılıqla dəf etmək olar. Elmi biliklərlə yanaşı, sosial fəlsəfənin vacib mövzuları ilə də maraqlansınlar. Nə qədər çox oxusalar, bir o qədər də mənəvi qidalanarlar.
– Jalə xanım maraqlıdır, sizin çoxsaylı qonaqlarınız olur. Uzun illərdir ki, aparıcısınız. Bu gün siyasi simalardan kimlərlə dostluq edirsiniz?
-Təbii ki, 20 ilə yaxın müddətdə çox sayda siyasi simalarla görüşlərim, müsahibələrim olub. Televiziya mənə yaxşı dostlar qazandırıb. Politoloq, deputat, diplomat dostlarım var. Adlarını qeyd etməyim düzgün olmaz. Yoxluğu ilə barışa bilmədiyimiz, unudulmaz dostumuz Qənirə Paşayeva mənim üçün hələ də yaşayır…
– ⁠Televiziya təqdimatçısı olmaq "Jalə" obrazına nə dərəcədə təsir edə bilib?
– Düşünürəm ki, əvvəlcə xarakterimizə uyğun peşəni seçirik. Daha sonra peşə və mühit də xarakterimizi formalaşdırır. Hər gün gördüyümüz iş, qarşılaşdığımız insanlar, qaynayan kollektivlə işləmək, daima cəmiyyətlə təmasda olmaq identikliyə də təsirsiz ötüşmür. Peşə sindromu da deyirlər buna. Hazırda dövlət televiziyasının siyasi verilişlərinin aparıcısı olmaq ciddi obraz tələb edir. Dediyin hər bir sözə inam yaratmalı, verdiyin hər bir sualın məsuliyyətini daşımalısan. Çünki qarşındakı müsahibin nə qədər güclü olsa belə, canlı efirin idarəçisi özünsən. Araşdırmaçı jurnalist fəaliyyətim də davranışlarıma çox təsir edib. Jurnalist ədalətli olmalı və həqiqəti üzə çıxarmalıdır. Yəni sadaladıqlarım obraz deməzdim, artıq həyat tərzimə çevrilib….
– Jalə xanım müsahibə üçün təşəkkür edirik. İşlərinizdən ugurlar arzulayırıq.
– Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. / azxeber.com

Sosial     Baxılıb: 173   Tarix: 21 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Nazirdən daha iki yeni təyinat

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.   -a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsin

Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞIR

Azərbaycan Mərkəzi Bankı (AMB) 23 aprel tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. -ın AMB-yə istinadən məlumatına görə, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,700 manat olub. Avronun manat

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində

AAYDA-da da maliyyə nöqsanları aşkarlandı

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var. Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilib. Sənədə əsasən, audit zamanı avtomobi

TƏCİLİ: Devalvasiya ilə bağlı VACİB AÇIQLAMA - Manatı nələr gözləyir?

Son dövrlərdə qlobal iqtisadi proseslər, enerji bazarlarında dəyişkənlik və regionda baş verən hadisələr fonunda Azərbaycanda milli valyutanın taleyi yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, əhali arasında "devalvasiy

Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.700 manat olub. xəbər verir ki, lirənin manat qarşısında dəyəri 100 lirə üçün 3.78 manatada sabit qalıb. Avronun məzənnəsi 1.985

Avrosu olanlara ŞAD XƏBƏR: 2 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 21-nə olan rəsmi valyuta məzənnələrini elan edib. KONKRET.azAMB-yə istinadən xəbər verir ki, bir ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməz olaraq qalıb və 1,700 manat təşki

Xırdalan məktəbinin müəllimi dünyasını dəyişdi

Xırdalan şəhər 9 saylı məktəbin ibtidai sinif müəllimi Ülkər Məmmədova dünyasını dəyişib. . Unikal-a istinadən xəbər verir ki, bu barədə onun həmkarları məlumat paylaşıb. . Qeyd edilib ki, Ü.Məmmədova uzun sürən xəstəlikdə

Taksidən istifadə edənlərin sayı artıb

Bu ilin yanvar–mart aylarında taksi xidmətlərindən 19 milyon 488 min sərnişin istifadə edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Həmin dövrdə ictima


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2026 xeberler bu qun ensonxeberler dunya xeberleri