"Onunla qarşılaşacağım üçün həyəcanlıyam" - "Qarabağ"ın futbolçusu
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Portuqaliya mətbuatına müsahibə verib.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, o, Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçirəcəkləri oyunlardan danışıb.
Portuqaliyalı yarımmüdafiəçi rəqibin heyətində çıxış edən Moutinyu ilə qarşılaşmaq üçün həyəcanlandığını bildirib: "Braqa" ilə düşdükdən sonra ən çox danışdığım oyunçu Joao Moutinyudur. Meydanda üz-üzə gələcəyimiz üçün həyəcanlanıram. Ona xüsusi məhəbbətim var. Mən Moutinyunun azarkeşiyəm. Çünki onu izləyərək böyümşəm. Yenidən evdə oynayacağım üçün sevinirəm".
Leandro Andrade qış fasiləsində Türkiyənin "Qalatasaray", Çinin "Şanxay Şenxua" və Rusiya klublarından təkliflər aldığını etiraf edib: "Bu variantlar var idi. "Qarabağ"ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu. Danışıqlar uğurlu nəticələnmədi və burada qaldım. "Transfer nağılı" başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim".
Qeyd edək ki, fevralın 15-də keçiriləcək "Braqa" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab görüşü fevralın 22-də baş tutacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto