"Operativ Qərargah bütün məhdudiyyətləri ləğv etməlidir" - AÇIQLAMA

Pandemiya dövründə tətbiq olunan bir sıra məhdudiyyətlər aradan qalxdı. Lakin bəzi qaydalar hələ də qüvvədədir. Bunlardan biri də hava limanlarında tələb olunan PCR testidir. Hər gün ölkəyə gələn minlərlə adam hava limanlarında bu testləri verməyi məcburdur. Testlərin qiyməti isə kifayət qədər bahadır və geridönüşü olmayan valyutanın ölkədən çıxması deməkdir.
Bəs görəsən bu məsələ necə həll edillməlidir ki, valyuta axınının qarşısı alınsın?
Mövzu ilə bağlı KONKRET.az–a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Türkiyə, Gürcüstan kimi ölkələrdən Azərbaycana qayıdan şəxslərdən PCR testi tələb edilir. Lakin bu ölkələrə gedən şəxslərdən heç bir test tələb edilmir:
"Ölkədən gedənlərdən vaksin pasportu tələb edilir. Məsələ burasındadır ki, vətəndaşlarımızın ödənişləri Türkiyə və Gürcüstan klinikalarına gedir. Bu məbləğlərin ölkə iqtisadiyyatına heç bir faydası yoxdur. Əksinə bu, vətəndaşdan çıxan əlavə puldur. Bu, çox məntiqsiz qərardır və öz həllini tapmalıdır. Vətəndaş öz ölkəsinə qayıdırsa, ondan test istəmək məntiqsizlikdir. AZAL digər ölkələrin klinikalarına və iqtisadiyyatlarına xeyir verməklə məşğuldur. Bu testlərin doğru olduğu də məlum deyil. Bəlkə də də heç bir yoxlama aparılmadan adi kağız parçasını vətəndaşlara pulnan satırlar".
İqtisadçı bildirib ki, Operativ Qərargah bütün məhdudiyyətləri ləğv etməlidir:
"Bu artıq hər kəsi əsəbiləşdirir. Demək olar bütün əhali virusa yoluxub sağalıb. Virusa qarşı kütləvi immunitet yaranıb. Gündəlik yoluxma sayı da 30-40-dır. Hansısa məhdudiyyətləri qüvvədə saxlamağın mənası yoxdur. Dünyanın bir çox ölkələri karantin qaydalarını ləğv edib. Hətta Gürcüstan da qapalı yerlərdə maska tələbini ləğv etdi. Fikrimcə, Azərbaycan da bu qaydaları qısa müddətdə ləğv etməlidir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 06 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler xabar az cəbhədən son durum dunyada son xeberler