Oqtay Əsədov da danışdı

Oqtay Əsədov da danışdıOqtay Əsədov da danışdı
Milli Məclisin deputatı Oqtay Əsədov Modern.az-a açıqlamasında Prezident İlham Əliyevin ölkədə apardığı siyasətin ölkə vətəndaşları tərəfindən dəstəklənməsindən danışıb.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin ictimaiyyət arasına çıxaraq, onlarla ünsiyyətdə olması, qayğıları ilə maraqlanması, problemlərin yerindəcə həll edilməsi xalq və Prezident münasibətlərinin əyani sübutudur. Dövlətimizin başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir!", - deyə Oqtay Əsədov Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu barədə sualı cavablandırarkən vurğulayıb.
Milli Məclisin sabiq spikeri bildirib ki, Prezident daim xalqın problemlərinə həssas yanaşır, Azərbaycan vətəndaşlarına həmişə diqqət və qayğı göstərir:
"Bunu, demək olar ki, indiyədək keçirilən bütün görüşlərdə də müşahidə etmişik. Cənab Prezident məmurlardan da birinci növbədə xalqın qayğısına qalmalarını tələb edir. Elə dövlətimizin başçısının avqustun 24-də Biləsuvar və Saatlı rayon İcra hakimiyyətlərinə başçı vəzifələrinə təyinat ilə əlaqədar videoformat qəbulunda da bu fikir öndə olub: "Siz öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz"".
Deputat  ölkə başçısından sitatlar gətirib:
"Cənab Prezidentin dediyi kimi, bəzi hallarda bir sıra xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. İlham Əliyevin vurğuladığı kimi, onlar "özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar".
Dövlət başçısı dəfələrlə deyib ki, bütün dövlət məmurları xalqın xidmətçisidir. Azərbaycan Prezidenti hər görüşündə heç kəsin xüsusi imtiyazının olmadığını bildirir. Amma bəzən qanunlar elə məmurlar tərəfindən pozulur. Yeni təyin edilmiş icra başçılarını videoformatda qəbul edən cənab Prezident haqlı olaraq söylədi ki, rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır: "İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq" deyən dövlətimizin başçısı bütün məmurları məişətdə də, işdə də nümunə olmağa, özlərini təvazökar aparmağa çağırıb. Cənab Prezidentin vurğuladığı kimi, "bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır"". /oxu.az

Siyasi       Tarix: 25 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az