Oqtay Qasımov: "ABŞ  İŞİD-i bəhanə edərək Suriyadan çıxmayacağını bəyan edir"

Oqtay Qasımov: Nəhayət 14 illik mübarizədən sonra Suriyada Bəşər Əsəd rejiminə son qoyuldu.2011-ci ilin əvvəlindən başlayan bu münaqişə getdikcə regional münaqişəyə gətirib çıxartdı və Suriya darmadağın edildi. Əsədi dəstəkləyən qüvvələr isə Regionda öz maraqlarını təmin etmək üçün ona hərbi və siyasi dəstək verərək minlərlə suriyalının ölümünə səbəb oldular. Artıq iki gündür Suriyada Əsəd rejimi devrilib və yeni dönəm başlayıb.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Əsədin devrilməsi Suriyadakı proseslərin birinci mərhələsi başa çatması deməkdir:
Oqtay Qasımov: "Proseslər olduqca sürətli getdi və nəyin necə baş verdiyini ciddi şəkildə anlamaq da bir az çətindir. Hansı güclərin dəstəyi ilə bu proseslər həyata keçdi fikirlərilə bağlı müxtəlif suallar var. Artıq bu mərhələ geridə qalıb və rejim devrilib. Təhvil-təslim prosesi başlanıb. BMT-nin 2254 saylı qətnaməsinə görə Suriyada keçid hökuməti təşkil olunmalıdır. O cümlədən Əsədi devirən müxalif qüvvələrin lideri Əl Culani də bildirib ki,  keçid dövrü 18 ay davam edəcək və bu müddət ərzində yerli seçkilərin keçirilməsi, o cümlədən yeni konstitusiyanın hazırlanması, digər məsələlər gündəmdədir. Əlbəttə ki, hər kəs  bundan sonra Suriyada  proseslərin qansız-qadasız davam etməsini istəyir. Son 14 ildə Suriyada təxminən 1 milyona yaxın insan həyatını itirib. 10 milyondan artıq suriyalı qaçqın düşüb. Bütün bunlar olduqca ağırdır. Amma hələ çətin proseslər qarşıdadır.
Nəzərə almalıyıq ki, bölgədə ciddi maraqları olan güclər var. Ona görə Suriyanın gələcəyi ilə bağlı fikir bildirmək çətindir. Son dövrlərə qədər Suriyada əsas söz sahibi olan Rusiya və İranın mövqeləri ciddi şəkildə zəifləyib. Baxmayaraq ki, Rusiyanın hələ də iki hərbi bazası Suriyada qalmaqdadır. Onun taleyinin necə olacağı Rusiya ilə yeni qüvvələr arasında aparılan danışıqlar nəticəsində məlum olacaq. Görünən budur ki, bu proseslərdə daha çox ABŞ və İsrail də yer almaq istəyəcək. Bölgədə marağı olan beş gücdən-Türkiyə, ABŞ, İsrail, Rusiya və İran- yalnız Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə Suriya ərazisində sabit rejimin qurulması, eyni zamanda bölgəyə sülh gəlməsi, Suriyada yaşayan bütün insanların rifahının yaxşılaşdırılması üçün çalışır. Digərləri isə yalnız öz maraqları naminə mübarizə aparır. Bu mənada dünən ABŞ prezidenti Baydenin açıqlaması Suriyanın gələcəyi ilə bağlı məsələlərdə müəyyən suallar yaradır. ABŞ yenidən İŞİD-i bəhanə edərək Suriyadan çıxmayacağını bəyan edir. Guya bundan sonra özünün vaxtilə yaratdığı İŞİD-lə mübarizə tezisi irəli sürülür. Hansı ki, neçə illərdir  bölgədə artıq İŞİD-in mövcudluğu ilə bağlı məlumat yoxdur. Faktiki olaraq səslənən bəyanatlara görə  İŞİD artıq bitirilib. Amma ABŞ-yə lazım olan zaman belə təşkilatlar dərhal xortlayır. Digər tərəfdən Bayden region ölkələrini- İraq, İordaniya, Livan- dəstəkləyəcəyini qeyd edib. Maraqlıdır ki, onun özünün 70 illik müttəfiqi Türkiyə ilə bağlı hansısa  kəlməsi də yoxdur. Təbii ki, Türkiyənin bölgədə marağı ciddidir. Türkiyə Suriyada ərazi bütövlüyündən və normal dövlətin qurulmasından yanadır. Türkiyə həmçinin Suriya ərazisindəki terror yuvalarını dağıtmaq üçün səy göstərir".
Suriyada baş verənlərin dünya nizamına təsirindən danışan politoloq bildirib ki, bu, hakimiyyətə gələcək qüvvələrin rolundan asılıdır: "Təbii ki, ABŞ mümkün qədər bölgədə nəzarəti əlində saxlamaq üçün Suriyadakı proseslərə müdaxilə edərək orada yaranacaq yeni hakimiyyəti öz nəzarətində saxlamağa çalışacaq. Suriyanın daxilində də özünün PKK və PYD kimi terror təşkilatları vasitəsi ilə prosesləri idarə etməyə səy göstərəcək. İsrailin regionda maraqlarının təmin olunması ilə bağlı addımlar atılacaq. Rusiya və İranın bölgədən sıxışdırılması üçün müəyyən addımların atılması davam edəcək. Cənubi Qafqaza gəlincə, hadisələrin bizim regiona təsiti oradakı iştirakçı tərəflərin hansı dərəcədə bu proseslərən yararlanmasından asılı olacaq. Cənubi Qafqazın üç regional gücü- Türkiyə, Rusiya və İran Suriyadakı proseslərdə aktiv iştirak edən tərəflər olublar. Hazırkı durumda ən çox ziyan çəkən İrandır. Çünki İran apardığı destruktiv siyasət nəticəsində Suriya əhalisi arasında ciddi nifrət qazanıb. 2016-cı ildən sonra İranın  Rusiya ilə birgə Əsəd rejimini dəstəkləmək üçün Suriya ərazisində kütləvi qırğınlara getməsi, insanların yaddaşındadır. Məhz bu səbəbdən də hakimiyyət devrilən kimi, etirazçıların ilk hücumu İran səfirliyi oldu. Rusiya isə özünün əsas dayaqlarından birini itirsə də, hələlik onun bölgədəki iki hərbi bazası ilə bağlı məsələ həllini tapmayıb. Əgər Rusiyanın hərbi bazaları ərazidən çıxarılacaqsa, Rusiya üçün kifayət qədər neqativ təsirləri ola bilər. Hazırkı prosesdə üç gücün arasında Türkiyə daha  əlverişli mövqedədir. Türkiyənin Suriyadakı siyasəti həyata keçəcəksə və Türkiyə özünün təhlükəsizliyi ilə bağlı qayğılarını həll edəcəksə bu onun mövqeyinin güclənməsinə gətirib çıxaraxaq".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 09 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar

Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavro

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasınd

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber hava haqqinda ən son xeberler metbuat