Pakistan Ermənistanda səfirlik açır - "Burada narahatedici məqam yoxdur
Ermənistan və Pakistanın diplomatik nümayəndələri İrəvanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər. Məlumata görə, səfirliyin gələn il açılması planlaşdırılır. Ermənistan Xarici İşlər Nazirliyi də məlumatı təkzib etməyib.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü azxeber.com-a açıqlamasında deyib ki, əvvəllər Ermənistan və Pakistan arasında diplomatik münasibətlər mövcud olmayıb:
"Ermənistan və Pakistan arasında diplomatik münasibətlər mövcud deyildi. Eyni zamanda Pakistan Ermənistanı dövlət olaraq tanımırdı. Bu vəziyyət isə tarixə qovuşan Qarabağ problemi ilə bağlı olub. Buna görə Pakistanın Ermənistanda səfirliyi və nümayəndəliyi yox idi. Artıq Qarabağ məsələsi həll olunub və Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasına doğru irəliləyir. Hazırda münasibətlərin normallaşdırılması mərhələsindəyik. Azərbaycan və Ermənistan rəsmiləri dəfələrlə bəyan ediblər ki, sülh dövrü başlayır".
Ekspert deyib ki, Pakistan sözügedən proseslə bağlı Azərbaycanın mövqeyini öyrənib:
"Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmasına mane olan amillər aradan qalxdığına görə iki ölkə arasında əlaqələrin formalaşdırılmasında hər hansı narahatedici məqam qalmayıb. Gələcəkdə hər iki ölkənin bir-birinin ərazisində səfirlik açmasını müşahidə edəcəyik.
Hesab edirəm ki, bu məsələ Azərbaycan və Pakistan arasında əvvəlcədən razılaşdırılıb. Pakistan sözügedən proseslə bağlı Azərbaycanın mövqeyini öyrənib".
Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub.
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib