Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)

Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)Sabiq nazir Oqtay Şirəliyev uzun illər Azərbaycan səhiyyəsinin idarə olunmasında əsas fiqurlardan biri olub. Onun vəfatı ilə bağlı qəfil xəbər sosial şəbəkələrdə ictimai müzakirələr yaradıb. Kimi onun nazir olduğu dövrdəki fəaliyyəti müsbət qiymətləndirib, kimi də O.Şirəliyevin Azərbaycan səhiyyəsini bataqlığa yuvarlatdığını bildirib. Qeyd edək ki, mərhum Şirəliyev Azərbaycanın səhiyyə tarixində bu vəzifədə ən uzun müddət çalışmış eks-nazirdir.
Keçmiş nazirin həyatdan köçməsi ilə yanaşı, ailə üzvləri də – xüsusulə övladları – medianın və ictimaiyyətin diqqətinə düşüb. Oqtay Şirəliyevin övladları kimdir? Onlar nə işlə məşğuldur?
Xatırladaq ki, Oqtay Şirəliyev 20 oktyabr 2005-ci ildə səhiyyə naziri təyin edilmiş, 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad olunmuşdu. O bu yaxınlaradak Respublika Diaqnostika Mərkəzinə rəhbərlik edirdi.
Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)azxeber.com Modern.az-a istinadən xəbər verir ki, mərhum eks-nazirin üç övladı haqqında məlumat var: iki oğlu, bir qızı.
Məlumatlara görə, Oqtay Şirəliyevin ilk həyat yoldaşı 1994-cü illərdə vəfat edib. 
Sabiq nazirin 1974-cü il təvəllüdlü qızı Nərmin Şirəliyeva Bakıdakı 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi bitirib. 1991-1996-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsində kulturologiya üzrə ali təhsil alıb. 1996-cı ildə "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. "Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib. 
Daha sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura"da müxbir təyin olunub. Sonralar "Kultura" telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı işləyib.
Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası  müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın məşhur televiziya və kino rejissoru, ssenarist Yevgeni Ginsburqla ailə həyatı qurub.
1999-cu ildə ailədə oğlan uşağı dünyaya gəlib və ona Aleksandr adı verilib.
Kinorejissorun azərbaycanlı xanımla evliliyi 14 il sürüb. 2012-ci ilin yanvarında Yevgeni Ginsburq insultdan vəfat edib.
Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. 2013-cü ilin fevralında o, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyinat alıb. N.Şirəliyeva 2018-2020-ci illərdə Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində işləyib.
Hazırda o, Rusiya XİN-in strukturlarından biri olan "Rossotrudniçestva" rəhbərinin müşaviri postunu tutur.
Bununla yanaşı o, 2018-ci ilin fevral ayından MDBMİ-nin Beynəlxalq Jurnalistika kafedrasınıda dərs deyir, professordur.
Sabiq naziri böyük oğlu - 1978-ci il təvəllüdlü Murad Şirəliyev Azərbaycan İnşaat Mühəndisləri Universitetində (1994-1998) bakalavr təhsili alıb. Ardınca bu universitetdə "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib alıb. Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)M.Şirəliyev 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən həm də bank sektorunda işə düzəlib, 2005-ci ildə "Kapital Bank" ASC-nin İdarə Heyətinə seçilib.
Daha sonra 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər "Azərbaycan Beynəlxalq Bank" ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsini tutub.
Murad Şirəliyevin Beynəlxalq Bankdan gedəndən sonra Almaniya şirkəti olan "Solaris GmbH"də rəhbər vəzifədə çalışdığı bildirlir. Ardınca o, "Azərsığorta" şirkətində sədrin müşaviri olub və 2022-ci ildə buradan da istefa verib. 
Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)Oqtay Şirəliyevin digər oğlu Kazım Şirəliyevin özəl sektorda çalışdığı barədə məlumatlar var. 2017-ci ildə K.Şirəliyevə "Bilgah Beach Hotel"də dəbdəbəli toy mərasimi keçirldiyi və onun biznesmen ailəsinin qızı ilə evləndiyi barədə məlumat yayılmışdı.
O.Şirəliyevin digər övladları barədə məlumat əldə etmək mümkün olmayıb.

Sosial       Tarix: 06 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler son xeber.az cebheden xeberler azerbaycan son xeber bugun